Anbartəpə — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Qarayazı rayonunun inzibati-ərazi vahidində kənd. Tarix Kənd keçmiş Alman koloniyasıdır və müxtəlif illərdə Traunbensthal və Rosa adlanırdı. Almanların deportasiyasından sonra 1943-cü ildə azərbaycan türkləri yaxınlıqdakı Təklə kəndindən buraya köçdü və kəndin adı Ambartəpə olaraq dəyişdirildi. 19-cu yüz illiyin tarixi sənədlərində kənd Ambartəpə və ya Ambartayfa olaraq adlandırılır.Anbartəpə kəndi
Əhalisi 17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 131 nəfər (65 nəfəri kişilər, 66 nəfəri qadınlar) əhalinin 81 %-i etnik azərbaycanlılardan, 13 %-i isə gürcülərdən ibarətdir.National Statistics Office of Georgia: 2002 წლის სოფლის მოსახლეობის აღწერის მონაცემები The European Centre for Minority Issues Caucasus: Jonathan Wheatley. Obstacles Impeding the Regional Integration of the Kvemo Kartli Region of Georgia . ECMI Working Paper #23. February, 2005 2014-cü ilin məlumatlarına görə Anbartəpə kəndində 700 nəfər əhali yaşayır ki onların 96 % azərbaycanlılardan, 3,4 % isə gürcülərdən ibarətdir.
Tanınmış şəxsləri
İqtisadiyyat Anbartəpəlilər daha çox qoyunçuluq, maldarlıq və tərəvəzçilik işlərinə baxır. Kənddə bir bazar yerləşir.
İstinadlar
Kateqoriya:Qarayazı bələdiyyəsinin yaşayış məntəqələri