thumb|200px|Heydər Əliyev. 1997-ci il.
Əliyevçilik — Azərbaycan və sovet dövlət xadimi, Azərbaycanın III Prezidenti Heydər Əliyevin irəli sürdüyü, uğrunda mübarizə apardığı, eyni zamanda həyata keçirdiyi ideyalar toplusu. Əliyevçilik ideoloji baxımdan türkçülüyün inkarı və Azərbaycançılıq, xarici siyasətdə isə Rusiya ilə Qərbin təsirinin balanslaşdırılması ilə xarakterizə edilir. Əliyevçi siyasət nəticəsində 1995-ci ildə "azərbaycanlı" və "Azərbaycan dili" ifadələri "türk" və "türk dili" ifadələrini əvəz etmişdir. Həmçinin, Azərbaycanda Heydər Əliyevin şəxsiyyətinə pərəstiş yayılmışdır. 2003-cü ildə Heydər Əliyevin oğlu İlham Əliyevin prezident seçilməsi ilə Azərbaycanda əliyevçilik siyasi dominantlığını qoruyub saxlamışdır. Eks-prezident Əbülfəz Elçibəyin hakimiyyəti dövründə baş nazir olmuş Pənah Hüseynə görə, əliyevçiliyin ideoloji rəqibi elçibəyçilikdir.
Bəzi tədqiqatçılar Əliyevçiliyi müasir azərbaycançılıq hesab edirlər.
Mənbə İstinadlar
Ədəbiyyat
Kateqoriya:Heydər Əliyev Kateqoriya:Azərbaycan milliyyətçiliyi