right|400px|thumb|Şarl Lebren - Çobanların sitayişi (1689) İsanın doğulması və ya Doğulma hadisəsi — İsanın doğulması hadisəsidir. Bu hadisə haqqında olan əsas mənbələr Luka və Matfeyin İncilləri və bir neçə apokrifal mətnlərdir.

Kanonik incillər olan Luka və Matfeyin İncillərinə görə İsa İudeanın Betleyem şəhərində, bakirə Məryəmdən dünyaya gəlmişdi. Lukanın təsvir etdiyi hadisədə İsa Məryəm və Cozefin övladı kimi, Betleyemə səfərdən sonra bu şəhərdə dünyaya gəlir."biblical literature." Encyclopædia Britannica. Encyclopædia Britannica Online. Encyclopædia Britannica, 2011. Web. 11 Fevral 2013. . Mələklər onu insanlığın qoruyucusu elan edir, çobanlar isə ona itaət edirlər. Matfeyin təsvir etdiyi hadisədə "zəngin adamlar" ulduzu izləyərək Betleyemə gəlir və yeni doğulmuş Yəhudi Kralına – İsaya hədiyyə gətirir. Kral Herod İsanı öldürmək üçün Betleyemdə doğulmuş bütün körpələri öldürtdürür, lakin İsanı ailəsi Misirə qaçırır və burada Nazaretdə yerləşirlər. Tədqiqatçılar bu iki məlumatın bir-birinə nə qədər uyğun olması və bəzi hissələrinin tarixiliyi məsələsində müxtəlif fikirlərə malikdirlər.The Gospel of Matthew by Daniel J. Harrington 1991 ISBN 0-8146-5803-2 p. 47Jeremy Corley New Perspectives on the Nativity Continuum International Publishing Group, 2009 p. 22. Bəzi tədqiqatçılar isə İncillərdəki bu məlumatların teoloji sənədlər əsasında tərtib olunduğunu önə çəkərək tarixiliyin arxa planda olduğunu və xronoloji zamanlamasının mübahisəli olduğunu bildirirlər.Interpreting Gospel Narratives: Scenes, People, and Theology by Timothy Wiarda 2010 ISBN 0-8054-4843-8 pp. 75–78Jesus, the Christ: Contemporary Perspectives by Brennan R. Hill 2004 ISBN 1-58595-303-2 p. 89The Gospel of Luke by Timothy Johnson 1992 ISBN 0-8146-5805-9 p. 72Recovering Jesus: the witness of the New Testament Thomas R. Yoder Neufeld 2007 ISBN 1-58743-202-1 p. 111 Ənənəvi xristian tədqiqatçılar isə İncillərdə verilən iki fərqli məlumatların bir-birinə zidd olmadığını, və onlar arasında ümumi məqamların olduğunu bildirirlər.Mark D. Roberts Can We Trust the Gospels?: Investigating the Reliability of Matthew, Mark, Luke and John Good News Publishers, 2007 p. 102

Katolik kilsəsi mənsublarının, eləcə də digər xristian toplumlarının qeyd etdiyi doğulma hadisəsi (Milad bayramı) İsanın doğulmasının qeyd edilməsi bayramıdır. Qırx gün davam edən Milada hazırlıq Şərq Ortodoks Kilsəsi mənsubları daha qısa müddətdə qeyd etsələr də, əsas böyük xristian qrupları (Katolik kilsəsi, Anqlikan kilsəsi, Ana xətt kilsələri və Baptistlər) bayramdan əvvəl liturgik mərasimlərlə müşayiət olunan dörd bazar gününü də qeyd edirlər, lakin bütün bunlar hamısı ruhən təmizlənmə, yenidən özünü toplama və yeniləşməni ifadə etməklə İsanın doğum gününə hazırlanma işləridir.

Xristian teologiyasında, İsanın doğulması özündə Adəmin yaradılması dövründə insanın yol verdiyi xətadan sonra, ilahi tərəfindən verilmiş şans sayəsində ikinci Adəmin doğulması kimi də dəyərləndirilir. IV əsrdən başlayaraq İsanın doğulması xristian rəssamlarının əsas mövzularından biri olmuşdur. Xristian kilsə rəhbərliyinin təsiri ilə, XIII əsrdən sonra Doğulma səhnəsində İsanın təvazökarlığı xüsusilə vurğulanır və onun siması “Lord və Master” kimi təqdim edilir.

Kanonik İncillər right|thumb|260px|Paolo De Mattis - Müjdə, 1712 İsanın doğulması səhnəsi Əhdi-Cədid kitablarından iki kanonik İncildə - Lukanın İncili və Matfeyin İncilində təsvir olunur. Lukanın təqdim etdiyi əhvalatda İsanın doğulmasından əvvəlki hadisələrə daha çox diqqət yetirilsə və hadisələrin mərkəzində Məryəm dursa da, Matfeyin təqdim etdiyi əhvalatda İsanın doğulmasından sonrakı hadisələrə daha çox diqqət yetirilir və hadisələrin mərkəzində Cozef durur.Mercer dictionary of the Bible by Watson E. Mills, Roger Aubrey Bullard 1998 ISBN 0-86554-373-9 p. 556Jesus and the Gospels by Clive Marsh, Steve Moyise 2006 ISBN 0-567-04073-9 p. 37The Gospel according to Matthew by Leon Morris ISBN 0-85111-338-9 p. 26 Digər iki kanonik İncil, Markın İncili və İohannın İncili isə hadisələr İsanın yetginlik dövründə, Qalileyə gəlməsindən sonra başlayır.Mark 1:9; John 7:41-42,52 İohann İsanın atasının adını göstərsə də,John 6:42, nə Markda, nə İohannda İsanın əvvəlki həyatı haqqında heç bir qeyd yoxdur.

Məryəmin Cozeflə nişanlanması və İsanın Betleyemdə doğulması həm Matfeydə, həm də Lukada qeyd olunur.A Dictionary of Biblical Tradition in English Literature by David L. Jeffrey 1993 ISBN 0-8028-3634-8 pp. 538–540 Lukada Nazaretdən Betleyemə səyahət kimi bəzi Doğulmadan əvvəlki hadisələr də təsvir edilir ki, həmin hadisələr Matfeydə yoxdur, Matfeydə yalnız Doğulmadan sonra Misirə səyahət təsvir olunur. Əhdi-Cədiddəki Doğum haqqında məlumatlar, ailənin Qalileyə dönməsindən bir neçə il sonra, İsanın məbəddə tapılması ilə başa çatır.Steven L. Cox, Kendell H Easley, 2007 Harmony of the Gospels ISBN 0-8054-9444-8 pp. 30–37Who's Who in the New Testament by Ronald Brownrigg, Canon Brownrigg 2001 ISBN 0-415-26036-1 pp. 96–100The Birth of Jesus According to the Gospels by Joseph F. Kelly 2008 ISBN pp. 41–49

Lukanın İncili Doğulma hadisəsi Lukanın İncilinin əsas hissələrindən olmaqla ümumi mətnin 10% - ni əhatə edir. Lukanın İncilindəki Doğulma hadisəsi Matfeyin İncilindəki hadisədən üç dəfə uzun təsvir olunmaqla, Əhdi-Cədiddədiki bəzi kitablardan da həcmcə daha genişdir.The people's New Testament commentary by M. Eugene Boring, Fred B. Craddock 2004 ISBN 0-664-22754-6 p. 177 Luka, İsanın doğulmasını təsvir etməyə tələsmədən Doğulmaya qədərki bir neçə müxtəlif hadisələri təsvir edərək, sanki oxucuları İsanın doğulmasına hazırlayır. Lukanın İncili yeganə İncildir ki, Vəftizçi İohannın doğulması haqqında məlumatlar saxlanmışdır və kitabda İsanın doğulması ilə Vəftizçi İohannın doğulması arasında paralellər yaradılır.An Introduction to the Bible by Robert Kugler, Patrick Hartin ISBN 0-8028-4636-X p. 394

Luka, mələyin Zəkəriyyanın yanına gələrək Vəftizçi İohannın doğulmasını məlumat verməsi ilə (1:5-25) Cəbrayılın İsanın doğulması haqqında Məryəmi müjdələməsi hadisəsi (1:26-38) arasında da paralellər yaradır. Onun təsvirindən eyni zamanda, Zəkəriyyənin İohann haqqında nəğməsi (1:57-80) ilə, Simeonun İsa haqqında nəğməsi (2:1-40) arasında da oxşarlıq görünür. Lakin, Luka İohannın doğulmasını iki bəndlə çatdırdığı halda (1:57-58), İsanın doğulmasını iyirmi bənd həcmində məlumatla (2:1-20) çatdırır.Luke by Robert A. Stein, Robert H. Stein 1993 ISBN 0-8054-0124-5 p. 103 Luka hər iki Doğulmanı Məryəmin Yelezavetanı ziyərət etməsi ilə əlaqələndirir. Lakin o, hər iki doğulmanın Məryəm və Yelezavetanın qohumluğu ilə əlaqəsi haqqında heç nə demir.Recovering Jesus Thomas R. Yoder Neufeld 2007 ISBN 1-58743-202-1 pp. 113–114

Lukanın İncilində Məryəm Cəbrayıl vasitəsiylə hamilə olması haqqında müjdə alır və doğulacaq uşağın İsa (Jesus, Yeşua) olacağını öyrənir. Lakin Məryəm, bakirə olduğu halda bunun necə ola biləcəyini söylədikdə, mələk Müqəddəs Ruhun bu körpəni onun bətninə daxil etdiyini “Allah üçün mümkün olmayan heç nə olmaması”nı bildirir. Məryəm bildirir: “Mən Tanrının quluyam və qoy onun əmr etdiyi yerinə yetsin.”Luke 1:31-38. Daha sonra Məryəm Vəftizçi İohannı dünyaya gətirmək üçün hamilə olan qohumu Yelezavetanı ziyarət edir. İohann anasının qarnında sərt hərəkət edərək doğulacaq uşağın Məsih, İsa olduğunu bildirir.

Luka 2:2’də göstərilir ki, Məryəm İsanı doğmağa hamilə olduqda Cozeflə birgə Nazaretdən Cozefin köhnə yaşayış yeri Betleyemə gəlirlər. Məryəm İsanı dünyaya gətirsə də nə qalmağa yer nə də yemək tapa bilir.Luke 2:1-7.

Tanrının mələyi çobanların yanına gələrək onlara “böyük hadisə haqqında sevincli xəbər”i çatdırır: “Davudun şəhərində Məsih olan Xilaskar, Lordun doğulduğunu bildirir.” Mələk onlara bildirir ki, uşağı bələnmiş halda samanların üstündə tapacaqlar. Mələk “Tanrının əmrlərinə tabe olanların yerdə sülhlə, cənnətdə yüksək məqamla hədiyyələndiriləcəkləri”ni söyləyir.Luke 2:10-14. Çobanlar cəld Betleyemə gedirlər və burada Məryəm, Cozef və yeni doğulmuş İsanı tapırlar. Onlar mələk tərəfindən söylənmiş sözləri təkrar edirlər və sürülərinin yanına qayıdırlar.Luke 2:16-20. Məryəm və Cozef İsanı Yerusəlimə gətirərək burada sünnət etdirirLuke 2:22., daha sonra isə Nazaretə qayıdırlar.Luke 2:39.

Lukadan səhnələr

Matfeyin İncili thumb|right|160px|Matfeyin İncilinin XI əsrə aid əlyazmasından səhifə (1:18-21).Matfey 1:21’də İsa adının mənşəyi izah edilir. Matfeyin İncilində Doğulma birinci və ikinci fəsillərdə təsvir edilir və Matfey körpənin adının mənasının açıqlanmasına fikir verərək 1:21-23’də İsa (Jesus) və Emmanuel adlarının teoloji anlamının izahına xüsusi diqqət yetirir.Matthew by Thomas G. Long 1997 ISBN 0-664-25257-5 pp. 14–15

Matfey 1:18’də Məryəm və Cozefin nişanlanmasından sonra, Cozef Məryəmin hamilə olmasını öyrənir Matthew 1:19-20, lakin mələk Cozefin yanına gələrək qorxmadan Məryəmlə evlənməli olduğunu, uşağın Məryəmə Müqəddəs Ruh tərəfindən bəxş edildiyini bildirir.Matthew by Charles H. Talbert 2010 ISBN 0-8010-3192-3 p. 29

Matfey 1:21’də mələyin Cozefə verdiyi xəbərdə İsa adının mənası haqqında da məlumat vardır. Mələk Cozefə deyir: “sən onun adını İsa qoymalısan ki, o, insanları günahlardan qoruyan olsun.” Bible explorer's guide by John Phillips 2002 ISBN 0-8254-3483-1 p. 147All the Doctrines of the Bible by Herbert Lockyer 1988 ISBN 0-310-28051-6 p. 159 Bu Əhdi-Cədiddə yeganə yerdir ki, “insanları qoruya bilsin” (“öz xalqını qoruya bilsin”) ifadəsi “günahlardan” ifadəsi ilə bir yerdə işlənilir.The Westminster theological wordbook of the Bible 2003 by Donald E. Gowan ISBN 0-664-22394-X p. 453

Matfey 1:22-23’dəki ifadələrin Matfeyə yoxsa mələyə aid olması tədqiqatçıların mübahisə etdiyi məsələlərdəndir.Matthew by David L. Turner 2008 ISBN 0-8010-2684-9 p. 68 Matfey 1:23’də ilk dəfə “Tanrı bizimlədir” anlamına gələn “Emmanuel” adı işlədilmişdir. Burada Matfey əvvəlki peyğəmbərlərin həyatına işarə etməklə peyğəmbərliyin yerinə yetirilməsindən danışır və Emmanuel adı (ivrit dilində אֵל ’El-“tanrı” və עִמָּנוּ "Immānū" – “bizimlədir” sözlərindəndir.) Yesaya 7:14’lə əlaqələndirir.The Gospel of Matthew by Rudolf Schnackenburg 2002 ISBN 0-8028-4438-3 p. 9

Matfey 2:1-12’də Betleyem ulduzunun görünməsindən İsanın doğulduğunu öyrənən bir neçə (ənənvi olaraq üç qeyd edilir) Maq (yunan: μάγος) - əsasən “zəngin adam” kimi tərcümə olunur - adı qeyd edilməyən “şərq ölkəsindən” Yerusəlimə səfər edirlər.Matthew 2:1-4. Uzaq şərqdən gələn qonaqlar Məsihə ibadət edirlər və özləri ilə gətirdikləri, arasında Sion məbədi bütpərəstlərinin Apokaliptik fikirlərinin müzakirə edildiyi Yesaya 60 kitabı da olan hədiyyələri ona verirlər. Bu İsrail elitasının qarşı tərəfdə durduğu halda, İsanın tərəfində duran paqan elitası idi.Ulrich, Theology of the Gospel of Matthew, p. 27 Matfey 2:2’də Maqlar ulduzu izləyir və yeni Yəhudi Kralının doğulduğunu elan edirlər.

Maqlar Böyük Herodun yanına gedərək yeni doğulmuş Yəhudi Kralını tapdıqlarını bildirirlər. Herod məsləhətçilərindən Məsihin harada doğulduğunu soruşur. Onlar Kral Davudun da doğulduğu Betleyemin adını söyləyirlər və Matfey 2:4-6’də olduğu kimi peyğəmbər Micahdan sitat gətirirlər.Micah 5:2-4 Herod Maqlara deyir ki, Betleyemə getsinlər və uşağı tapıb gətirsinlər.