Ömür Məlik oğlu Nağıyev (1 iyun 1953, Bakı — 31 dekabr 2013, Bakı) — Azərbaycan aktyoru və rejissoru, Azərbaycanın əməkdar artisti, ikinci rejissor, arxiv kadrlarda iştirak edən.
Həyatı 1953-cü ildə Bakı şəhərində anadan olub. 1975-1979-cu illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kino və televiziya rejissorluğu fakültəsini bitirib. 1972-ci ildən etibarən "Azərbaycanfilm" kinostudiyasında işləyib. 30-dan çox filmdə çəkilib. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında çalışmışdır.Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 276-277. Bakı Bələdiyyə teatrında işləyib.
“Qanlı zəmi”, “Yeddi oğul istərəm”, “İmtahan”, “İşarəni dənizdən gözləyin”, “Bizim küçənin oğlanları”, “Bəyin oğurlanması”, “Doğma sahillər” kimi filmlərdə yaratdığı obrazlar qalereyası, Bakı Bələdiyyə Teatrının səhnəsində həyat verdiyi rəngarəng rolları xüsusilə vurğulanmalıdır.
2005-ci ildən S.Vurğun adına Rus Dram teatrının aktyorudur. Teatrda işlədiyi müddətdə bir neçə obrazlar yaradıb. Onlardan: Bernar (K.Xiqqins "Qarold və Mod"), Prokuror (M.İbrahimbəyov "Neft bumu"), Qersoq Kornuelski (U.Şekspir "Kral Lir"), Polis (Elçin "Ubiysa"), Azər-baba (S.Vurğun "Fərhad və Şirin") kimi obrazları aktyorun rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir.
31 dekabr 2013-cü ildə Mərkəzi Neftçilər Xəstəxanasında vəfat edib. Hövsan qəbiristanlığında dəfn olunub.
Aktrisa Nəsibə Eldarovanın həyat yoldaşı olmuşdur.
Filmoqrafiya Abşeron gizlinləri (film, 2008)(qısametrajlı sənədli film)(Aztv) Axtaran tapar (film, 1980) Anın quruluşu (film, 1980)(tammetrajlı bədii film)-rol: Tofiq Arxada qalmış gələcək (film, 2004) Asif, Vasif, Ağasif (film, 1983) Azərbaycanın dəniz qapısı (film, 1992) Bağlı qapı (film, 1981) Bəxtəvər (film, 1990) Bəyin oğurlanması (film, 1985) Bir anın həqiqəti (film, 2003) Bircəciyim (film, 1986) Biz qayıdacağıq (film, 2007) Bizim küçənin oğlanları (film, 1973) Cavid ömrü (film, 2007) Cin mikrorayonda (film, 1985) Dəli Kür (film, 1969) Doğma sahillər (film, 1989) Evin kişisi (film, 1978) Ərazi (film, 2005) Əzablı yollar (film, 1982) Gözlə məni (film, 1980) Güllələnmə təxirə salınır!... (film, 2002) Gümüşü furqon (film, 1982) Həyat bizi sınayır (film, 1972) İmtahan (film, 1987) İstanbul reysi (film, 2010) İşarəni dənizdən gözləyin (film, 1986) Muradına çatan Günəş Nə gözəldir bu dünya... (film, 1999) Onun taleyi (film, 1991) Qanlı zəmi (film, 1985) Sirr (serial, 2012) Şeytan göz qabağında (film, 1987) Var olun, qızlar... (film, 1972) Vəkil hanı? (film, 2011) "Yapon" və yaponiyalı (film, 1990) Yeddi oğul istərəm... (film, 1970)
İstinadlar
Mənbə "Kinoaktyor studiyasının fəaliyyəti (1966-1974)". Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 169.
Xarici keçidlər İzlə
Kateqoriya:Azərbaycan rejissorları Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun məzunları Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:Hövsan qəbiristanlığında dəfn olunanlar Kateqoriya:SSRİ aktyorları Kateqoriya:XX əsr aktyorları Kateqoriya:XXI əsr Azərbaycan aktyorları Kateqoriya:Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı şəxsləri