İbn ər-Ravəndi () və ya Əbül-Hüseyn Əhməd ibn Yəhya ibn İshaq ibn Ravəndi () — filosof və mütəkəllim.
Həyatı Qəməri təqvimi ilə 245-ci ildə Kaşan şəhəri yaxınlığında, Ravənd kəndində anadan olub.
İlk təhsilini atasından alıb. Həmçinin Şeyx Səduq, Seyid Mürtəza, Seyid Rəzi, Şeyx Tusi kimi öncül alimlərin baxışları onun təfəkür tərzində təsir qoyub.
O, İsfahan, Xorasan və Həmədanda yaşayan hədis böyüklərindən rəvayətlər eşidib və nəql etmişdir.
Onun ustadları arasında Əbu Cəfər Məhəmməd ibn Əli ibn Möhsün Hələbi, Əbül-Həsən Məhəmməd ibn Əli ibn Əbdüssəməd Təmimi Nişapuri, Seyid Əbül-Bərəkət Məhəmməd ibn İsmayıl Məşhədi, Səfiyyəddin Mürtəza ibn Dai ibn Qasım kimi alimlər var.
Həmçinin böyük ustadı Təbərsinin təsiri əsasında Quranla daha sıx ünsiyyət qurub və bu mövzuda əsərlər qələmə alıb.
Qutbəddin Ravəndi özü də çoxlu böyük elm adamları yetişdirib. Misal olaraq, İbn Şəhr Aşub kimi məşhur olan Məhəmməd ibn Əlinin adını qeyd etmək olar.
Ravəndidən xeyli sayda əsərlər qalmışdır. Misal olaraq, "Ümmul-Quran", "Təfsir əl-Quran", "Xulasə ət-təfasir", "Şərhu ayətül-müşkulə fi ət-tənziyə", "Ayətül-əhkam", "əl-Mucizat", "əl-İxtilafat" və s. kitabları qeyd etmək olar.
Ravəndi 573-cü il 14 şəvvalda Qum şəhərində vəfat edib. Qəbri Qumda Xanım Məsumənin ziyarətgahındadır.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:İslam alimləri Kateqoriya:Materialistlər Kateqoriya:İslam tarixi Kateqoriya:İranlı keçmiş müsəlmanlar Kateqoriya:İslam filosofları Kateqoriya:İslamın tənqidi Kateqoriya:Farslar Kateqoriya:Ateist filosoflar Kateqoriya:X əsr ədəbiyyatı Kateqoriya:IX əsr filosofları Kateqoriya:İran filosofları Kateqoriya:İran tarixçiləri Kateqoriya:Rasionalistlər Kateqoriya:Yəhudi ateistlər