Cəfər Məmməd oğlu İbrahimov () — Azərbaycan tarixçisi, tarix elmləri doktoru, professor.
Həyatı Cəfər İbrahimov 15 iyun 1904-cü ildə Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olmuşdur. O, 1939–1940 illərdə müəllim işləmiş, 1941–1943 illərdə Bakı şəhəri Çaparidze rayon partiya komitəsində şöbə müdiri, partiya komitəsinin katibi vəzifələrində çalışmışdır. Cəfər İbrahimov 1943–1977 illərdə Azərbaycan Pedaqoji İnstitutunun Tarix fakültəsinin dekanı, SSRİ tarixi kafedrasının müdiri olmuşdur.
Cəfər İbrahimova 1972-ci ildə Azərbaycan SSR Əməkdar Elm Xadimi fəxri adı verilmişdir.
Cəfər İbrahimov 2 mart 1977-ci ildə Bakıda vəfat etmişdir.
Elmi fəaliyyəti Cəfər İbrahimov orta əsrlər dövrü tarixinin tədqiqatçılarından idi. O, Şirvanşahlar, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər dövləti haqqında bir sıra qiymətli tədqiqat əsərlərinin müəllifidir.
Əsas elmi əsərləri Qaraqoyunlu dövləti. Bakı, 1948 C.İbrahimov. Qaraqoyunlu dövləti. Bakı, Azərnəşr, 1948, 86 s. Azərbaycanın XV əsr tarixinə dair oçerklər. Bakı, 1958.C.İbrahimov. Azərbaycanın XV əsr tarixinə dair oçerklər. Bakı, 1958 Феодальные государства на территории Азербайджана XV века, Баку, 1962.
Mənbə Azərbaycan Sovet Ensiklopediyası. IV cild, Bakı, 1980
İstinadlar Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Azərbaycan tarixçiləri Kateqoriya:Azərbaycanlı tarixçilər