"ASAN xidmət"(ing. Azerbaijan Service and Assessment Network) — Azərbaycan Respublikasında dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin həyata keçirilməsini təmin edən mərkəzlər şəbəkəsidir. "ASAN xidmət" Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tabedir. İlk "ASAN xidmət" mərkəzi 2013-cü ildə fəaliyyətə başlayıb. Hal-hazırda 28 mərkəz fəaliyyət göstərir. Onlardan 7-si Bakıda, iyirmi biri isə Azərbaycanın bölgələrindədir. "ASAN xidmət"ə indiyə qədər 100 milyondan çox müraciət edilib. Xidmətlərin göstərilməsində könüllülər də cəlb olunur. "ASAN xidmət" mərkəzlərində müxtəlif dövlət orqanlarının vətəndaşlara göstərdiyi xidmətlərdən başqa funksional yardımçı xidmətlər də təklif olunur. Həmçinin mərkəzlərdə sosial layihələr də keçirilir.

Prezident İlham Əliyev 2012-ci il dekabrın 29-da ilk "ASAN xidmət" mərkəzinin fəaliyyətə başladığını nəzərə alaraq, 2017-ci il dekabrın 29-da hər il həmin günün ölkəmizdə "ASAN xidmət" işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barəsində Sərəncam imzalayıb.

Tarixi thumb thumb

Yaradılması Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2012-ci il 13 iyulda imzaladığı 685 saylı fərmana əsasən "ASAN xidmət" mərkəzlərinin də strukturuna daxil olduğu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yaradıldı. Həmin ilin 5 sentyabrında Prezidentin digər fərmanı ilə Agentliyin strukturu və əsasnaməsi təsdiq olundu.http://vxsida.az/redirect/post/pid/406 Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2018-ci il tarixli Sərəncamı ilə Ülvi Mehdiyev Dövlət Agentliyinin sədri təyin edilib.

İnkişafı 29 dekabr 2012-ci ildə Bakıda pilot layihə olaraq ilk "ASAN xidmət" mərkəzinin açılışı oldu. Mərkəz doqquz dövlət orqanının təklif etdiyi 23 xidməti həyata keçirməklə 15 yanvar tarixində fəaliyyətə başladı. 3 may 2013-cü ildə Sumqayıt "ASAN xidmət" mərkəzinin açılışı olub. Bundan bir neçə həftə sonra — mayın 24-də Bakıda ikinci "ASAN xidmət" mərkəzinin açılışı olub, bu mərkəz iyunun 5-də vətəndaşlara xidmət göstərməyə başlayıb. 17 sentyabr 2013-cü ildə Bakıda üçüncü mərkəzin açılışı olub. 2013-cü ilin sonlarında, dekabrın 21-də Azərbaycanda beşinci "ASAN xidmət" mərkəzinin açılışı oldu. Bu mərkəz Gəncədə fəaliyyətə başladı. 23 yanvar 2014-cü ildə "ASAN xidmət" mərkəzlərindən istifadə edən vətəndaşların sayı 1 milyona çatdı. 2014-cü ildə "ASAN xidmət" İSO 9001:2008 idarəetmə standartı üzrə beynəlxalq sertifikat əldə edib.

2014-cü ildə mayın 7-də Bakıda sayca dördüncü "ASAN xidmət" mərkəzinin açılışı oldu. Həmin ilin yayında "ASAN xidmət" səmərəli xidmət nümunəsinə və dövlət-vətəndaş münasibətlərinə verdiyi töhfələrə görə "Uğur 2013" mükafatına layiq görüldü. 2014-cü ilin dekabr ayının 15-də Sabirabadda "ASAN xidmət" mərkəzinin açılışı oldu. Bu, ölkədəki yeddinci mərkəz idi. Sabirabad "ASAN xidmət" mərkəzi açıldığı gün OHSAS 18001:2007 standartı üzrə beynəlxalq dərəcəli sertifikata layiq görüldü. Bundan təxminən üç ay sonra, 13 mart 2015-ci ildə Bərdədə Azərbaycanda sayca səkkizinci "ASAN xidmət" mərkəzinin açılışı oldu. 2015-ci ildə "ASAN xidmət" BMT-nin 2015-ci il Dövlət Xidmətləri Mükafatına () layiq görülüb. 2015-ci ilin martın 2-də "ASAN xidmət" Britaniya Əməyin Mühafizəsi Şurası tərəfindən 13 sahə üzrə keçirilən, müxtəlif dövlətlərin 700-dən çox müəssisənin müraciət etdiyi müsabiqənin "Dövlət xidmətlərinin həyata keçirilməsinin təşkilində təhlükəsiz əmək şəraitinin qurulması" sahəsi üzrə qalibi olub. Həmin ilin yayında, iyulun 14-də Azərbaycanda hələlik 5 saylı Bakı "ASAN xidmət" mərkəzi açıldı. 2016-cı ildə Masallı və Qəbələdə də "ASAN xidmət" mərkəzi fəaliyyətə başlayıb. 2017-ci ildə Qubada, 2018-ci ildə isə Mingəçevirdə, İmişlidə və Şəkidə "ASAN xidmət" mərkəzləri fəaliyyətə başlayıb. 2019-cu ildə Şamaxıda "ASAN xidmət" mərkəzi fəaliyyətə başlayıb. 2020-ci ildə Kürdəmir, Tovuz, Ağcabədi və Balakəndə "ASAN xidmət" mərkəzləri fəaliyyətə başlayıb. 2021-ci ildə 6 saylı Bakı "ASAN xidmət" mərkəzi, 2022-ci ildə 2 saylı Gəncə regional "ASAN xidmət" mərkəzi, 7 saylı Bakı "ASAN xidmət" mərkəzi və 2 saylı Sumqayıt regional "ASAN xidmət" mərkəzi, 2023-cü ildə Salyan regional "ASAN xidmət" mərkəzi və Naxçıvan regional "ASAN xidmət" mərkəzi, 2024-cü ildə Lənkəran və Şuşa regional "ASAN xidmət" mərkəzi fəaliyyətə başlayıb.

Fəaliyyət 225px|thumb|right|"ASAN xidmət" mərkəzlərində iş gedişi "ASAN xidmət" mərkəzləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyin tabeliyindədir və "vahid məkan" prinsipi əsasında fəaliyyət göstərir. "ASAN" modelinin altı əsas prinsipi var: operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət, etik davranış qaydalarına nəzarət və rahatlıq. Mərkəzlərdə dövlət xidmətləri əlaqələndirilmiş şəkildə fəaliyyət göstərir. "ASAN xidmət" mərkəzlərində vətəndaşlara xidmət daha yaxşı xidmət göstərilməsi üçün yeni üsullardan və müasir innovasiyalardan istifadə olunur. Hər mərkəzdə təxminən 100-ə yaxın könüllü çalışır.

Azərbaycan brendi olan "ASAN xidmət" mərkəzlərində vətəndaşlara xidmət mərkəzlərin ilk mərtəbəsində yerləşən məlumat bölməsindən başlayır. Qeydiyyat prosesi avtomatlaşdırılıb, xüsusi aparatlarla həyata keçirilir. Bu işdə vətəndaşlara könüllülər kömək edir. Könüllülər vətəndaşlara ərizə yazılmasında da kömək edir. Mərkəzlərə gələ bilməyən vətəndaşlara xidmət göstərmək üçün həmçinin səyyar avtobuslardan da istifadə olunur. İndiyə qədər "ASAN xidmət" mərkəzlərinə 100 milyondan çox müraciət edilib. Vətəndaşlara göstərilən xidmətlərdən məmnunluq dərəcəsi 98–100% arasında dəyişir.

Bakı, Sumqayıt, Gəncə, Naxçıvan şəhərlərində yerləşən bütün "ASAN xidmət" mərkəzləri bazar ertəsi - cümə günləri saat 09:00-dan-18:00-dək, digər regional mərkəzlər isə bazar ertəsi - cümə günləri saat 09:00-17:00-dək nahar fasiləsi olmadan fəaliyyət göstərir. Şənbə və bazar günləri Bakı şəhərində yerləşən bütün "ASAN xidmət" mərkəzləri saat 09:30-17:00-dək, digər regional mərkəzlər isə saat 09:00-16:00-dək nahar fasiləsi olmadan fəaliyyət göstərir.

Oktyabr 2026-cı il vəziyyətinə görə Azərbaycan modeli olan ASAN xidmət üzrə dünyada təxminən 800 milyon insana xidmət göstərən 600-dən çox mərkəz yaradılmışdır.

Mərkəzlər Mərkəz Açılış tarixi 1 saylı Bakı 29 dekabr 2012 2 saylı Bakı 24 may 2013 3 saylı Bakı 17 sentyabr 2013 4 saylı Bakı 7 may 2014 5 saylı Bakı 14 iyul 20156 saylı Bakı3 avqust 20217 saylı Bakı28 may 2022 1 saylı Sumqayıt 3 may 2013 1 saylı Gəncə 21 dekabr 2013 Sabirabad 15 dekabr 2014 Bərdə 13 mart 2015 Qəbələ 10 avqust 2016 Masallı 3 sentyabr 2016Quba7 dekabr 2017Mingəçevir27 fevral 2018İmişli22 oktyabr 2018Şəki29 oktyabr 2018Şamaxı5 dekabr 2019Kürdəmir12 fevral 2020Tovuz4 mart 2020Ağcabədi3 iyun 2020Balakən29 iyul 20202 saylı Gəncə31 yanvar 20222 saylı Sumqayıt20 iyul 2022Salyan18 aprel 2023Naxçıvan18 may 2023Lənkəran16 yanvar 2024Şuşa 5 iyul 2024

Xəritə

Xidmətlər

Dövlət orqanlarının göstərdiyi xidmətlər "ASAN xidmət" mərkəzlərində müxtəlif dövlət orqanları və özəl müəssələr tərəfindən 400-ə yaxın xidmət həyata keçirilir.

Səyyar "ASAN xidmət" 225px|thumb|right|Səyyar xidmətin təşkil olunduğu avtobuslardan biri 2013-cü ilin iyunun 1-dən etibarən "ASAN xidmət"in təklif etdiyi xidmətlərdən istifadə etmək üçün mərkəzlərə gələ bilməyən vətəndaşlara xidmət göstərmək üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz olunmuş səyyar avtobuslardan istifadə olunur. Səyyar avtobuslar hər bölgədə təxminən iki həftə qalırlar. Hal-hazırda xidmət göstərən səyyar avtobusların sayı ondur. Bakı və Sumqayıt şəhərində qeydiyyatda olan vətəndaşlar bu xidmətdən sifarişlə istifadə edə bilirlər. İndiyə qədər səyyar "ASAN xidmət"ə 3 000 000 çox müraciət edilib.

ASAN Kommunal Prezident İlham Əliyevin 2016-cı ilin mayında imzaladığı Fərmanla "ASAN kommunal" mərkəzlərinin yaradılması Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tapşırılmışdı. Qısa müddətdə "ASAN kommunal" xidmətinin yaradılması üçün aidiyyəti qurumlarla bir yerdə tədbirlər görüldü "ASAN Kommunal" mərkəzlərində Azəriqaz, Azərsu, Azərişıq şirkətlərinin 45 növ kommunal xidmətləri göstərilir. Hazırda Bakı şəhərində 3 "ASAN Kommunal" mərkəzi fəaliyyət göstərir.

ASAN AI Hub ASAN Süni İntellekt platformasının (ASAN AI Hub) əsas məqsədi dövlət təşkilatlarında, "ASAN xidmət"in özündə, eyni zamanda özəl sektor və tədqiqat inşaat mərkəzləri, elmi laboratoriyalar, alimlər üçün bir əlaqələndirici, uzlaşma rolunu oynayan platforma yaratmaqdır

Funksional yardımçı xidmətlər Fəaliyyət göstərən "ASAN xidmət" mərkəzlərində həmçinin bank, sığorta, hüquqi yardım, tibb, tərcümə, foto, mədəniyyət tədbirlərinə bilet satışı xidmətləri fəaliyyət göstərir.

Digər xidmətlər Çağrı mərkəzi

Çağrı mərkəzi vasitəsilə Azərbaycan vətəndaşları "ASAN xidmət" mərkəzlərində göstərilən xidmətlər haqda məlumatlar əldə edə, təklif və iradlar bildirə, növbə tuta bilərlər. Bu xidmət 2013-cü ildə yaradılıb. Həmçinin mərkəzlərdə yerləşdirilmiş xüsusi elektron köşk vasitəsilə də vətəndaşlar Çağrı mərkəzi ilə əlaqə saxlaya bilərlər.

Onlayn növbə

"ASAN xidmət" mərkəzlərində göstərilən xidmətlərdən istifadə etmək üçün "ASAN xidmət"in saytında onlayn növbə tutmaq mümkündür.

Özünə xidmət

"ASAN xidmət" mərkəzlərində vətəndaşların dövlət orqanlarının xidmətlərindən məlumatlanması, müraciətlər edə bilmələri üçün internetə çıxışı olan kompüterlər yerləşdirilib.

İdeya bankı

İdeya bankı vasitəsilə vətəndaşlara sistemin inkişafı üçün öz təkliflərini verə bilərlər. İndiyə qədər İdeya bankına yüzlərlə təklif göndərilib və onların bir çoxu reallaşıb.

Layihələr "ASAN xidmət" vətəndaşlara xidmətdən başqa digər sahələrə də öz töhfəsini verir. "ASAN xidmət" IDEA İctimai Birliyi və "Azərsun Holdinq" MMC ilə birlikdə Azərbaycanın bir neçə bölgəsində "Hər kağızı bir yarpağa dəyişək" layihəsi çərçivəsində "Yaşıl dağ" sosial aksiyası keçirib. 2015-ci ildə "ASAN xidmət"lə "Neftçi PFK" arasında titul sponsorluğu ilə bağlı müqavilə imzalanıb. "ASAN xidmət" Daxili İşlər Nazirliyi və Sağlam Ailə Tibb Mərkəzinin dəstəyi ilə "Sənədsiz məktəbli qalmasın" adlı sosial aksiya keçirib. Bu aksiyanın məqsədi məktəblilərin vaxt itirmədən şəxsiyyət vəsiqələri ilə təmin olunması idi. Aksiya çərçivəsində minlərlə şagird vəsiqə ilə təmin olundu. "ASAN xidmət" nəqliyyat sahəsinə də öz töhfəsini verib. "ASAN xidmət" ASAN Könüllüləri Gənclər Təşkilatı və "Bakubus MMC"-nin birgə təşkilatçılığı ilə 2015-ci ildə "Nəqliyyat bələdçisi" adlı layihə keçirilib. 2016-cı ildə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində vəziyyət gərginləşdikdən sonra "ASAN xidmət" mərkəzlərində könüllülərin təşkilatçılığı Azərbaycan Silahlı Qüvvələrinə dəstək olmaq üçün "Əsgərə məktub" adlı layihəyə start verilib.

ASAN Könüllüləri Gənclər Təşkilatı ASAN Könüllüləri Gənclər Təşkilatı "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən könüllüləri birləşdirir. Təşkilat 23 oktyabr 2013-cü ildə yaradılıb. Elə həmin il təşkilatın ilk qurultayı keçirilib. Təşkilat könüllülər üçün təlimlər, müxtəlif layihələr, yay məktəbləri təşkil edir. Təşkilatın sədri Aysiman Quliyeva, hal-hazırda 40 mindən çox üzvü var.

Gənclər təşkilatı "ASAN Məktub" sosial proqramı, "Əsgərə Məktub" layihəsi, "Mədəniyyət Carçısı" proqramı layihələrini təşkil edib.

Könüllülər müqavilə əsasında 2 ay müddətində 3 növbəlilik sistemə əsasən fəaliyyət göstərirlər.

1-ci növbə: 08:30-12:30

2-ci növbə: 11:30-15:30

3-cü növbə: 14:30-17:30

Müqavilədə nəzərdə tutulmuş öhdəlikləri 2 aylıq müddət ərzində həyata keçirən könüllülərə Agentliyin rəsmi sertifikatı verilir.

Könüllülük fəaliyyətinə təhsil səviyyəsindən asılı olmayaraq hər bir 15-26 yaş arası gənc müraciət edə bilər.   

Müraciət üçün:

Https://portal.asanvolunteers.az/

Statistika Aşağıdakı cədvəldə "ASAN xidmət" mərkəzlərində qeydə alınan yubiley müraciətlər göstərilib: