Cəlil Cavanşir (tam adı: Hacıyev Cəlil Cavanşir oğlu; ) — azərbaycanlı yazıçı, tərcüməçi, ssenarist, jurnalist.
Həyatı Cəlil Cavanşir 1984-cü ildə Oğuz rayonunun Xaçmaz kəndində dünyaya gəlib.
2001-ci ildə M. F. Axundov adına Oğuz rayon, Xaçmaz kənd 1 saylı orta məktəbini bitirib. 2002–2003-cü illərdə hərbi xidmətdə olub. 2004-cü ildə Gəncə Dövlət Universitetinin Xarici dillər fakültəsinin alman dili ixtisasına qəbul olunub və 2008-ci ildə ali təhsilini başa vurub.
Mətbu fəaliyyəti Tələbəlik illərindən jurnalistika fəaliyyətinə başlayıb, müxtəlif mətbu orqanlarda çalışıb. "Töhfə", "Türküstan", "Vətəndaş Həmrəyliyi" qəzetləri, "Alatoran", "Yurddan səslər", "Pirsultan", "Doqquz iqlim", "Ənvər Paşa" dərgiləri ilə əməkdaşlıq edib.
"Palma" ədəbi-bədii tərcümə jurnalının və "Region xəbər" qəzetinin təsisçisi olub.
2009-cu ildə doqquziklim.net elektron ədəbiyyat dərgisini təsis edib və 2010-cu ilə qədər həmin dərgiyə rəhbərlik edib.
2010-cu ildə II Nəsimi Ədəbiyyat Müsabiqəsində şeir nominasiyasında II yer tutub.
2010-cu ilin may-noyabr aylarında Azad Azərbaycan Televiziyasında "Azərbaycan sirrləri" adlı tarixi-etnoqrafik layihədə redaktor-ssenarist kimi fəaliyyət göstərib.
2011-ci ilin yanvar ayından "Mərkəz" qəzetində fəaliyyətə başlayıb və qəzetin ədəbiyyat səhifəsini hazırlayıb.
2012-ci ilin mart ayından "Ədalət" və "Gündəlik Teleqraf" qəzetləri və Publika.az xəbər potalı ilə əməkdaşlıq edib, "Publika Art" layihəsində redaktor olaraq çalışıb.
2020–2022 "Sputnik-Azərbaycan" Agentliyində (www.sputnik.az) köşə yazarı kimi fəaliyyət göstərib.
Şeirləri ingilis, alman, özbək, rus və fars dillərinə tərcümə olunub.
Redaktor və tərcüməçi kimi fəaliyyəti 2011-ci ildən Qanun (nəşriyyat) ilə tərcüməçi və redaktor kimi əməkdaşlıq edir, 2022-ci ildən Qanun Nəşrlər Evinin "Dinlə Kitab" audio-kitab layihəsinin rəhbəri və nəşriyyatın aparıcı redaktorudur. 2012-ci ildə "Hədəf" Nəşrlərinin baş redaktoru və "Xan" Nəşrlərinin tərcüməçisi işləyib. 2017-ci ilin fevral ayından "TEAS press" Nəşriyyatı ilə tərcüməçi və redaktor kimi əməkdaşlıq edir. 2019–2020-ci illərdə "Mücrü" Nəşriyyatının baş redaktoru kimi fəaliyyət göstərib.
Azərbaycan dilində nəşr olunan 200-dən artıq kitabın redaktoru, 28 kitabın tərcüməçisidir.
Ssenarist kimi fəaliyyəti Azad Azərbaycan Televiziyasında yayımlanan "Azərbaycan sirrləri" adlı tarixi-etnoqrafik layihədə 20 sənədli filmin ssenari müəllifidir.
Müxtəlif sifarişlər əsasında 50-yə yaxın sosial çarx və təbliğat videosunun hazırlanmasında məsləhətçi və ssenarist kimi iştirak edib.
2021-ci ildə Taleh Yüzbəyov, Orxan Mərdan, Pərviz Həsənovla birlikdə Zəhər tuluğu tammetrajlı bədii filminin ssenarisini yazıb. Film Azərbaycanda, Türkiyədə, Rusiyada, Qazaxstanda uğurla nümayiş etdirilib.
2021-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə ərsəyə gələn "Vətən dastanı" filminin ssenari müəllifidir.
Digər fəaliyyətləri 2015-ci ilin oktyabr ayından, 2019-cu ilin yanvar ayınadək Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun mütəxəsisi vəzifəsində fəaliyyət göstərib.
Müxtəlif vaxtlarda mətn yazarı, kopirayter və SEO mütəxəsisi kimi fəaliyyət göstərib.
Kitabları CildKitabın adıİçindəkilərŞəhərNəşriyyatİlSəhifəISBNDaha məni xatırlamaŞeirlərGəncəAGAH2004100Öz ruhunun işığındaXatirələr, esselərBakıEL2009200Underground sevgilərŞeirlərBakıQanun201178İtirilmiş əlyazmaRomanBakıQanun2012167Dinlər, təriqətlər, peyğəmbərlərDini araşdırmaBakıHədəf Nəşrləri2013120Qadın corablarıRomanBakıHədəf Nəşrləri2014200 -P. S: DarıxıramŞeir, esseBakıXAN Nəşriyyatı2015120Sola dönmək qadağandırEsselərBakıXan Nəşriyyatı2017196Miladdan sonraŞeirlərBakıXAN Nəşriyyatı201876ISBN:903942835302AzğınRomanBakıXAN Nəşriyyatı2019204ISBN:905328910632Eşq və intiharMotivasiya, esselərBakıMücrü Nəşriyyatı2020108ISBN:9789952405217Ədəbiyyatın bəxtsiz və şıltaq övladlarıbioqrafik araşdırmalarBakıMücrü Nəşriyyatı2021140ISBN:9789241220583Gənc şairin dilemmasıhekayələrBakıQanun Nəşriyyatı202395ISBN:978-9952-38-574-8Miladdan sonraŞeirlərTəbriz"Nəbati" (Azər-Turan)202076ISBN:903942835302
Tərcümə kitabları Bernhard Şlink. Qiraətçi (Fərican Quliyeva ilə birlikdə). Ziqmund Freyd. Totem və Tabu. Brijit Ober. Doktor Marçın dörd oğlu. Fridrix Nitsşe. Dəccal Artur Konan Doyl. Baskomb vadisinin sirri Artur Konan Doyl. Subay Zadəgan Artur Konan Doyl. Polkovnikin ölümü Artur Konan Doyl. Detektiv ölüm yatağında Artur Konan Doyl. Son Hadisə Orhan Aras. Son Cənnət Vulf Dorn. Şizofrenik Vulf Dorn. Oyunbaz Vulf Dorn. Xain ürəyim Vulf Dorn. Fobiya Vulf Dorn. Gecə qurdlarındır Nevzat Kösoğlu. Şəhid Ənvər Paşa Əmrah Sərbəs. Hər təmas iz buraxır Əmrah Sərbəs. Sonuncu qazıntı İmmanuel Kant. Təhsil haqqında Con Boyn. Zolaqlı pijamalı oğlan Kinsun. Yol sənin içindədir Çinar Ata. Sura üfürülənə qədər- Sarı Saltuk Borxertdən Borxesə qədər. 10 Hekayə Robert Makki. Hekayə Robert Makki. Dialoq Qrim Qardaşlarının nağılları ilə. Alman dili addım-addım Doğan Cücəloğlu. Uğura aparan ailə İlbər Ortaylı. Gəl, dünyanı kəşf edək
Filmoqrafiya "Ağstafa sirləri" (Azərbaycan sirləri) "Azərbaycandan çıxan peyğəmbərlər" (Azərbaycan sirləri) "Onunla anladığı şəkildə rəftar edin" "Dostluq əngəllərdən güclüdür" "Gülümsə" "Qızını özünə bənzətmə!" "Vətən dastanı" Zəhər tuluğu
İstinadlar
Keçidlər
Cəlil CAVANŞİR Miladdan sonra Cəlil CAVANŞİR. Sola dönmək qadağandır Yaradıcılıq fakültəsində Cəlil Cavanşirlə görüş keçirildi — Fotolar Cəlil Cavanşirdən 18+ roman gəldi "Azğın" təqdim olundu — Fotolar "Cəlil Cavanşirdən yeni kitab
Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:Azərbaycanlı yazıçılar Kateqoriya:Azərbaycan romançıları Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycanlı jurnalistlər Kateqoriya:Azərbaycan tərcüməçiləri Kateqoriya:Azərbaycanlı tərcüməçilər Kateqoriya:Azərbaycan ssenaristləri Kateqoriya:Vikipediyanı redaktə edən ensiklopedik şəxslər