Deyv Brubek — Amerikalı caz bəstəkarı və pianoçu

Həyatı

Deyv Brubek 6 dekabr 1920-ci ildə Kaliforniya ştatının Konkord şəhərində anadan olub. O, 1950-60-cı illərdə Kaliforniya cazının ən görkəmli nümayəndələrindən olan kvarteti yaradıb. Bu kollektivin ifa etdiyi məşhur əsərlərdən biri bəstəkar Pol Dezmondun 1959-cu ildə bəstələdiyi “Take Five” caz kompozisiyası olub.

Deyv Brubek 1988-i ildə Moskvada Mixail Qorbaçov tərəfindən o vaxtkı ABŞ prezidenti Ronald Reyqanın şərəfinə təşkil etdiyi qəbulda çıxış edib. Dünya şöhrətli cazmen Mixail Qorbaçova müraciətlə belə deyib: “Mən rus dilində danışmıram. Amma sizin hərəkətlərinizdən görürürəm ki, ifa etdiyim musiqi ürəyinizcədir”.

Deyv Brubek “Time” jurnalının üz qabığına düşən ilk caz musiqiçisidir.

O, 6 dekabr 2012-ci ildə ABŞ-nin Konnektikut ştatındakı xəstəxanalardan birində düunyasını dəyişib.

İstinadlar

Kateqoriya:Konnektikutda vəfat edənlər Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:İngilis mənşəli ABŞ şəxsləri Kateqoriya:Atlantic Records artistləri Kateqoriya:Columbia Records artistləri Kateqoriya:ABŞ bəstəkarları Kateqoriya:ABŞ pianoçuları Kateqoriya:XX əsr bəstəkarları Kateqoriya:ABŞ-nin Roma katolikləri Kateqoriya:XXI əsr bəstəkarları Kateqoriya:ABŞ cazmenləri