thumb|right|210px|Şahrux Xan (2008) Şahrux Xan (2 noyabr 1965) ən çox hallarda Shah Rukh Khan, rəsmi olaraq isə SRK kimi göstərilən məşhur hind aktyorudur. "Bollivudun Kralı" kimi tanınan aktyor 70-dən çox hind filmində yer almışdır. O karyerasına 1980-ci illərin sonlarında çəkildiyi bir neçə televiziya serialı ilə başladı. Film karyerasında isə debütü "Dəlisov məhəbbət" (1992) filmində olmuşdur və bu filmdəki roluna görə Filmfare Ən Yaxşı Debüt Mükafatı'na layiq görülmüşdür. Növbəti illərdə o tənqidçilər tərəfindən bəyənilən detektiv janrında olan "Qumarbaz" filmində rol aldı və bu filmdəki roluna görə ilk Filmfare Ən Yaxşı Aktyor Mükafatını qazandı. Xan 15 dəfə Filmfare Mükafatlarına layiq görülmüşdür ki, bunlardan 8-ni Filmfare Ən Yaxşı Aktyor kateqoriyası üzrə almışdır, bununla da Dilip Kumar ilə ən yüksək nəticəni göstərir. O həmçinin "The Star of the Decade Award (Bu Onilliyin Mükafatı Ulduzu)" daxil olmaqla 6 dəfə IIFA Mükafatına, 8 dəfə Zee Cine Mükafatları və bunlardan 6-na Ən Yaxşı Aktyor (həmçinin rekord) kateqoriyası üzrə, 13 dəfə Star Screen Mükafatlarına, 3 dəfə Bollivud Film Mükafatına, 2 dəfə Qlobal Hind Film Mükafatına və Asiya Film Mükafatlarının Ən Yaxşı Aktyor kateqoriyası üzrə bir çox mükafatlarına və nominasiyalarına layiq görülmüşdür.

Xan 1997-ci ildə bir çox milli və beynəlxalq mükafatlar sırasında olan Ən Yaxşı Hindistan Vətəndaşı Mükafatına, 2005-ci ildə isə Padma Şri, Hindistan Hökuməti tərəfindən verilən Hindistanın dördüncü ən yüksək mülki mükafatına layiq görülüb. O həmçinin 2002-ci ildə "Əyləncə Sahəsində Mükəmməllik" nailiyyətlərinə görə Raciv Qandi Mükafatını alıb. 2007-ci ilin aprel ayında aktyorun Londonda yerləşən Madame Tussauds Mum Muzeyində yaşam ölçülərində mum heykəli quraşdırılmışdır. Honk Konq və Nyu Yorkda da heykəlləri vardır. Digər bir heykəl eyni ildə Parisdə Qrevin Muzeyində quraşdırılıb. Həmin illər ərzində Fransa hökuməti tərəfindən "inanılmaz karyerasına" görə İncəsənət və Ədəbiyyat Ordeni ilə mükafatlandırılıb. Eyni ildə Xan Datuk adını daşıyan Darjah Mulia Seri Melaka (oxşar olaraq İngilis cəngavərlərində "Ser") adı ilə təltif edilmişdir. O həmçinin 2009-cu ildə Britaniyanın Bedfordşir Universiteti tərəfindən incəsənət və mədəniyyət sahəsinin fəxri doktoru adına layiq görülmüşdür.

Ümumilli uğurları 1997 — Ən Yaxşı Hindistan Vətəndaşı Mükafatı 2002 — Əyləncə Sahəsində Mükəmməllik nailiyyətlərinə görə Raciv Qandi Mükafatı 2005 — Padma Şri, Hindistan Hökuməti tərəfindən verilən Hindistanın dördüncü ən yüksək mülki mükafatı

Böyük mükafatlar

Filmfare Mükafatları Filmfare Mükafatları hər il Hindistanın Hind dilli film sənayesində həm artistik, həm də texniki mükəmməllik peşəkarlarına təqdim olunan mükafatdır. Mərasim ilk dəfə 1954-cü ildə təşkil olunub və Hindistanda ən gözəl Hind filmlərinə təqdim olunan ən qədim və məşhur mərasimlərdən biridir. Filmfare Mükafatları bir çox hallarda Oskar mükafatı'nın Hindistanda ekvivalenti kimi göstərilir. Xan 15 mükafat alıb, bunlardan 8-nə Ən Yaxşı Aktyor kateqoriyasında layiq görülüb (Dilip Kumar ilə ortaq nəticə). 30 nominasiya içərisində İsveçrə konsulluğunun təqdim etdiyi xüsusi mükafat da vardır.

İl Kateqoriya Film və filmin orijinal adı Nəticə1993Ən Yaxşı DebütDəlisov məhəbbət — Deewanarowspan=2 1994Ən Yaxşı AktyorQumarbaz — BaazigarƏn Yaxşı AktyorBəzən hə, bəzən yox — Kabhi Haan Kabhi NaaƏn Yaxşı Performans üzrə Tənqidçilər MükafatıƏn Yaxşı Mənfi ObrazQorxu — Darr1995Ən Yaxşı Mənfi ObrazNəticə — Anjaamrowspan=3 1996Ən Yaxşı AktyorCəsur ürək gəlini alar — Dilwale Dulhania Le Jayenge1998Ən Yaxşı AktyorDəli ürək — Dil To Pagal HaiƏn Yaxşı AktyorBəli boss — Yes Boss1999Ən Yaxşı AktyorNə isə baş verir — Kuch Kuch Hota HaiƏn Yaxşı Mənfi Obrazİki oxşar adam — Duplicaterowspan=3 2000Ən Yaxşı Komediya RoluPadşah — Baadshah2001Ən Yaxşı AktyorAşiqlər — MohabbateinƏn Yaxşı Aktyor üzrə Tənqidçilər Mükafatı2002Ən Yaxşı AktyorBəzən sevincdə, bəzən kədərdə — Kabhi Khushi Kabhie Ghamrowspan=2 Ən Yaxşı FilmAsoka — Asoka2003Ən Yaxşı AktyorDevdas — Devdas2004Ən Yaxşı AktyorSabah açılacaq, yoxsa yox? — Kal Ho Naa Ho2005Ən Yaxşı AktyorVətən — SwadesƏn Yaxşı AktyorVir və Zararowspan=5 Ən Yaxşı AktyorMən yanındayamƏn Yaxşı Film2007Ən Yaxşı AktyorKabhi Alvida Naa KehnaƏn Yaxşı AktyorDon2008Ən Yaxşı Aktyorİrəli, HindistanƏn Yaxşı AktyorOm Şanti Omrowspan=3 Ən Yaxşı Film2009Ən Yaxşı AktyorBu cütlüyü Tanrı yaradıb2011Ən Yaxşı AktyorMənim adım XandırƏn Yaxşı Filmrowspan=3 2012Ən Yaxşı AktyorDon 2Ən Yaxşı Film

İstinadlar

Kateqoriya:Aktyorların aldığı mükafatların siyahısı