Kamil Aslan oğlu Rüstəmbəyov — Azərbaycan kinorejissoru, vaxtilə Azərbaycan Televiziyasının baş rejissoru, ssenari müəllifi.
Həyatı 1953-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunu bitirmişdir. 1956-cı ildə Bakı televiziyası fəaliyyətə başlayanda Kamil Rüstəmbəyov məsul redaktor vəzifəsində çalışır, televiziyasının ilk yaradıcılarından biri olmuşdur. Sonradan böyük rejissor, baş rejissor işləmiş, bir sıra maraqlı verilişlər hazırlamışdır.
1960-cı ildə milli televiziyanın tarixində ilk dəfə olaraq şair Səməd Vurğunun "Aygün" poeması üzrə çəkilən eyni adlı tammetrajlı bədii filmə quruluş vermişdi. Telestudiyada "Zəncirlənmiş adam" bədii televiziya və bir sıra sənədli televiziya filmlərini, film-konsertlər çəkmişdir.
1966-cı ildə Kamil Rüstəmbəyov C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına işə dəvət olunmuş, burada "Dağlarda döyüş", "Axırıncı aşırım", "Dərviş Parisi partladır" (Şamil Mahmudbəyovla birgə), "Gözlə məni" bədii filmlərinə, "Mahnı qanadlarında" film-konsertinə quruluş vermişdir. Bütün bu filmlər ümumittifaq ekranında göstərilmək üçün qəbul olunmuşdur. "Axırıncı aşırım" kinoromanı isə 1972-ci ildə Tbilisidə keçirilən V Ümumittifaq kinofestivalında nümayiş etdirilmiş, aktyorlardan Adil İsgəndərov Kərbəlayı İsmayıl, Həsən Məmmədov isə Abbasqulu bəy rollarını ifa etdikləri üçün ən yaxşı kişi rollarının ifasına görə mükafata layiq görülmüşlər.
Kamil Rüstəmbəyov bir müddət "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasının bədii rəhbəri olmuşdur.Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 276-277.
Xatirəsi 2024-cü ildə Azərbaycan Dövlət Film Fondunda Kamil Rüstəmbəyovun anadan olmasının 100 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib.
Filmoqrafiya Axırıncı aşırım (film, 1971) (tammetrajlı bədii film) — quruluşçu rejissor Aygün (film, 1960) Bakıya xoş gəlmisiniz (film, 1965) Dağlarda döyüş (film, 1967) Dərviş Parisi partladır (film, 1976) Gözlə məni (film, 1980) Xalq nəğməkarı (film, 1963) Konsert (film, 1961) Konsert proqramı (film, 1964) Konsert proqramı (film, 1965) Konsert proqramı (film, 1967) Mahnı qanadlarında (film, 1972) Respublikanın panoramı (film, 1962) Sənə sevinc bağışlayım (film, 1978) SSRİ Xalqlarının Spartakiadası (film, 1966) Tofiq Əhmədovun orkestrinin konserti (film, 1962) Zəncirlənmiş adam (film, 1964)
İstinadlar
Mənbə Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 5. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.
Xarici keçidlər Aydın Dadaşov. "Bizim kino". Kamil Rüstəmbəyovun "Axırıncı aşırım" filmi haqqında
Kateqoriya:Azərbaycan kinorejissorları Kateqoriya:Azərbaycan ssenaristləri Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:SSRİ kinorejissorları Kateqoriya:SSRİ ssenaristləri Kateqoriya:SSRİ ssenaristləri Kateqoriya:Azərbaycan telerejissorları