Badri Patarkatsişvili (; ) — gürcü biznesmeni və siyasətçisi. 2008-ci il Gürcüstan prezident seçkilərində prezidentliyə namizəd kimi iştirak etmiş və səslərin 7,1%-ni toplamışdır. Özünün əsl adı Arkadi Patarkatsişvili olsa da, hər yerdə Badri Patarkatsişvili kimi tanınırdı. Badri Patarkatsişvili Gürcüstan prezidenti Mixael Saakaşvilinin qatı əleyhdarı kimi tanınırdı və bir çoxları onun ölümündə Saakaşvilini günahlandırır. Ölümündən qabaq Gürcüstanın Baş Prokurorluğu iş adamını hakimiyyəti devirməyə cəhddə və terror aktı hazırlamaqda təqsirləndirirdi.Badri Patarkatsişvili öldü

Həyatı Badri Patarkatsişvili 1955-ci ilin oktyabrın 31-də Tbilisidə dindar yəhudi ailəsində anadan olub. Gənc yaşlarından SSKP-yə üzv olub, komsomol təşkilatında karyera quraraq yüksəlib. SSRİ dağıldıqdan sonra 1994-cü ildə Moskvaya gedərək orada bizneslə məşğul olub. Onun Boris Berezovski, Roman Abramoviç və Vladimir Putinlə yaxın əlaqələri olub.

İstinadlar

Kateqoriya:Gürcüstan siyasətçiləri Kateqoriya:Tbilisidə doğulanlar Kateqoriya:Birləşmiş Krallıqda vəfat edənlər Kateqoriya:Gürcüstan yəhudiləri Kateqoriya:İş adamları Kateqoriya:Ürək tutmasından ölənlər Kateqoriya:Tbilisidə dəfn olunanlar Kateqoriya:Tbilisidə dəfn olunanlar Kateqoriya:Rusiya iş adamları Kateqoriya:Gürcüstan sahibkarları