Əminə Yusifqızı () — Azərbaycan qiraət ustası, aktrisa, Azərbaycan Respublikasının xalq artisti (1998).Yusifqızı, Ə. "Hər ay təqaüdümü rəfiqəmə verirdim": Əminə Yusifqızı: "Bizi ancaq oxumaq xilas edə bilər":[Xalq artisti ilə müsahibə] /müsahibəni apardı Lalə Musaqızı //Kaspi.- 2015.- 10 iyul.- S.21.

Həyatı Əminə Yusifqızı 24 sentyabr 1936-cı ildə Bakıda doğulub.Azərbaycan kinosu: Ensiklopedik lüğət. Bakı: Elm və təhsil, 2017. səh. 173 Hələ məktəb yaşlarında ikən Gənc Tamaşaçılar Teatrında bir çox maraqlı çıxışları ilə yadda qalıb. Dram Teatrında (1964–1974), 1974-cü ildən "Azərbaycanfilm" kinostudiyasında çalışıb. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında fəaliyyət göstərmişdir.Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 276–277. Dublyaj, səsləndirmə sahəsində də fəaliyyətləri mövcuddur. Bədii qiraət ustası kimi tanınır.

Azərbaycan Dövlət Pedaqoji Universiteti bitirmişdir (1961). Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının (1958–1964), Azərbaycan Milli Dram Teatrının (1964–74) aktrisası olmuşdur. Rolları: Qulu ("Anacan", Y. Əzimzadə), Səbirə ("Son məktub", R. İsmayılov), Humay ("Komsomol poeması", İ. Coşğun; Səməd Vurğunun eyniadlı poeması əsasında), Ülkər ("Söz yarası", Q. Rəsulov), Əliman ("Ana tarla", Çingiz Aytmatov), Esse ("Şeytanın şagirdi", Bernard Şou) və s. 1974-cü ildən "Azərbaycanfilm" kinostudiyasında işləyir. "Şərikli çörək", "Sən niyə susursan?", "Bizim küçənin uşaqları", "Musiqi müəllimi" və s. filmlərdə, televiziya tamaşalarında çəkilmişdir.

Əminə Yusifqızı 9 oktyabr 2025-ci ildə 89 yaşında vəfat edib. Qurd Qapısı qəbiristanlığında dəfn olunub.

Mükafatları Azərbaycan SSR əməkdar artisti — 1 dekabr 1982Respublika kino sənəti xadimlərinə Azərbaycan SSR fəxri adları verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1 dekabr 1982-ci il tarixli Fərmanı — anl.az saytı Azərbaycan Respublikasının Xalq Artisti-1998 Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 2003 Cəfər Cabbarlı mükafatı (2010)Cəfər Cabbarlı mükafatı sahiblərinə təqdim olunub. apa.az, 16.04.2010. "Şöhrət" ordeni (Azərbaycan) (14 sentyabr 2016)

Filmoqrafiya

Ad günü (film, 1977) (tammetrajlı bədii film)-filmi səsləndirən: Rəna (Şükufə Yusifova) Alma almaya bənzər (film, 1975) (tammetrajlı bədii film)-səsləndirən: Mədinə (Səfurə İbrahimova) Alman klinikasına şəxsi səfər (film, 1988) (tammetrajlı bədii film)-səsləndirən: Tatyana (Liliya Makarova) Arşın mal alan (film, 1965) — Filmi səsləndirən: Gülçöhrə (Leyla Şıxlinskaya) ATU və ya pa ATU nnan (film, 1971) Bakıda küləklər əsir (film, 1974) — Filmi səsləndirən: Erika (Andrin İnqrid) Bayquş gələndə... (film, 1978) — Filmi səsləndirən: Ədilə (Gülşən Qurbanova) Bəxtəvər (film, 1984) Bəyin oğurlanması (film, 1985) — Filmi səsləndirən: Həsənin anası (Lətifə Əliyeva) Bir ailəlik bağ evi (film, 1978) — Filmi səsləndirən: Validə (Larisa Xələfova) Bir cənub şəhərində (film, 1969) — Filmi səsləndirən: Rəna (Natella Adıgözəlova) Birisigün, gecəyarısı... (film, 1981) — Filmi səsləndirən: Elmira Ağabəyova (Zemfira Sahilova) Bizim küçənin oğlanları (film, 1973) Bulud niyə ağlayır? (film, 1973) Burulğan (film, 1986) — Aktyor: Katibə;Filmi səsləndirən: Nata (Eqle Qebrenayte) Cazibə qüvvəsi (film, 1964)(film, kinoalmanax) — Filmi səsləndirən: (Dağ Meşəsindən Keçərkən) Şəfiqə (Tamilla Qafarova);(Cazibə Qüvvəsi) Gülbəniz (Rəna Səlimova) Dairə (film, 1989) — Filmi səsləndirən: Arifin arvadı (Elmira Şabanova) Dədə Qorqud (film, 1975) — Filmi səsləndirən: Banuçiçək (Leyla Şıxlinskaya) Ən vacib müsahibə (film, 1971) — Filmi səsləndirən: Səidə (Ariadna Şengelaya) Əzablı yollar (film, 1982) — Filmi səsləndirən: Qarayel (Həşim Qadoyev) Gəlinlərin qiyamı (film, 1985) (dublyaj) Gənc qadının kişisi (film, 1988) — Filmi səsləndirən: Aliyə (Lətifə Əliyeva) Gilas ağacı (film, 1972) — Filmi səsləndirən: Bikə Həsən Əbluc (film, 1999) Həyat bizi sınayır (film, 1972) — Filmi səsləndirən: Hicran (Xuraman Qasımova) Heydər Əliyev. İki əsrin fenomeni (film, 2002) Xatirələr sahili (film, 1972) — Filmi səsləndirən: Rəna (Leyla Şıxlinskaya) Xüsusi buraxılış (film, 1983) İnsan məskən salır (film, 1967) — Filmi səsləndirən: Adilə (Zemfira Sahilova) İstintaq (film, 1979) — Filmi səsləndirən: Ayan (Yelena Smirnova) Kitabi Dədə Qorqud. Səkrəyin dastanı (film, 1990) — Filmi səsləndirən: Əkrəklə Səkrəyin anası Qanun naminə (film, 1968) — Filmi səsləndirən: Züleyxa (Flora Kərimova) Qaraca qız (film, 1966)(film, kinoalmanax) — Filmi səsləndirən: (Qaraca Qız) Yasəmən (Raisa Udovikova);(Lifçi Qız) Lalə (Xuraman Qasımova) Qatır Məmməd (film, 1974) — Filmi səsləndirən: Həbibə (Səfurə İbrahimova) Qayınana (film, 1978) — Filmi səsləndirən: Afət;Zərifə (İnarə Quliyeva) Qətl günü (film, 1990) — Aktyor: Səlimə Qeybdən gələn səs (film, 2002) — Aktyor: Züleyxa Qızıl uçurum (film, 1980) — Şəfiqə (Həmidə Ömərova) Qızıl qaz (film, 1972) — Filmi səsləndirən: Şəfiqə (Leyla Şıxlinskaya) Mən ki gözəl deyildim (film, 1968) — Filmi səsləndirən: Səidə (Xuraman Qasımova) Mən mahnı qoşuram (film, 1979) — Titrlər və tərcüməni oxuyan Mənim əziz atam (1970) Möcüzələr adası (film, 1963) — Filmi səsləndirən: Məryəm (Zoya Nedbay) Musiqi müəllimi (film, 1983) — Aktyor: Xidmətçi Nizami (film, 1982) — Filmi səsləndirən: Pəri;Afaq (Həmidə Ömərova) O qızı tapın (film, 1970) — Filmi səsləndirən: Əminə (Sevil Qasımova) Od içində (film, 1978) — Filmi səsləndirən: Tatyana (Alla Panova) Onu bağışlamaq olarmı? (film, 1959) — Sevda (Manana Abuyeva) Onun bəlalı sevgisi (film, 1980) — Filmi səsləndirən: Şövkət (Nataliya Tağıyeva) Özgə ömür (film, 1987) — Filmi səsləndirən: Roza (Liya Axedjakova) Park (film, 1983) — Filmi səsləndirən: Maratın anası (Tamara Urjumova) Prima (film, 1994) - Mətni oxuyan Rəngli yuxu (film, 1982) Sən niyə susursan? (film, 1966) - Aktyor;Filmi səsləndirən: Cəmilə (Rəna Səlimova) Skripkanın sərgüzəşti (film, 1972) - Filmi səsləndirən: Nadejda İvanovna (Nina Menşikova) Süd dişinin ağrısı (film, 1987) - Filmi səsləndirən: Çimnaz (Larisa Xələfova) Şahid qız (film, 1990) - Filmi səsləndirən: Leyla (Leyla Şıxlinskaya) Şərikli çörək (film, 1969) - Aktyor: Südabə Telefonçu qız (film, 1962) - Filmi səsləndirən: Mehriban (Raisa Nedaşkovskaya) Təhminə (film, 1993) - Filmi səsləndirən: Mədinə (Larisa Xələfova) Təxribat (film, 1989) - Filmi səsləndirən: Aidə (Səfurə İbrahimova) Tənha durna uçuşu (film, 2003) - Aktyor: Xədicə Tənha narın nağılı (film, 1984) - Aktyor: Firuzə Torpaq. Dəniz. Od. Səma (film, 1967) - Filmi səsləndirən: Sevda (Fidan Qasımova) Tütək səsi (film, 1975) - Filmi səsləndirən: Sayalı (Liya Eliava) Ulduz (film, 1964) — Filmi səsləndirən: Ulduz (Tamilla Rüstəmova) Uşaqlığın son gecəsi (film, 1968) - Filmi səsləndirən: Elya (Megi Kejeradze) Ümid (film, 1995) - Aktyor: Baş həkim Ürək... Ürək... (film, 1976) - Filmi səsləndirən: Lena (Lyubov Viraleynen) Üzeyir ömrü (film, 1981) - Filmi səsləndirən: Şövkət Məmmədova (Özü) Var olun, qızlar... (film, 1972) - Filmi səsləndirən: Solmaz (Valentina Aslanova) Yaşamaq gözəldir, qardaşım! (film, 1966) - Filmi səsləndirən: Annuşka (Nelli Zinovyeva) Yay gününün xəzan yarpaqları (film, 1986) - Aktyor: Firuzə

İstinadlar

Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 53.

Kateqoriya:Azərbaycan aktrisaları Kateqoriya:"Cəfər Cabbarlı" mükafatı laureatları Kateqoriya:Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı şəxsləri Kateqoriya:Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı şəxsləri Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:Azərbaycan film aktrisaları Kateqoriya:Azərbaycan teatr aktrisaları