Mirvari Qəhrəmanlı (tam adı: Mirvari Üzeyir qızı Qəhrəmanlı; ) — hüquq müdafiəçisi; "Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı" (NHMT) İctimai Birliyinin rəhbəri

İctimai-siyasi fəaliyyəti SSRİ dönəmində birləşmiş həmkarlar təşkilatının sədri işləmiş, komsomolda çalışmış, keçmiş Orcanikidze rayonunda deputat olmuşdur.

1992–1994-cü illərdə ARDNŞ-nin Azərneft və Qazçıxarma üzrə baş idarə rəisinin kadr və sosial məsələlər üzrə müavini vəzifəsində işləmişdir.

Milli Müqavimət Hərəkatında iştirak etmiş, SİDSUH-da katib olmuşdur. Demkonqresdə ADİP-i təmsil etmişdir.

"Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı" (NHMT) İctimai Birliyinin yaradıcılarından biridir. Hazırda həmin təşkilatın rəhbəridir. Təşkilat 1996-cı ildə yaransa da yanız 2006-cı ildə dövlət qeydiyyatına alınmışdır.

Bir müddət Böyük Quruluş Partiyasının üzvü olmuşdur. Daha sonra Azərbaycan Demokrat Partiyası üzvü olmuş, 2007-ci ildə isə istefa vermişdir.

Ailəsi Dindar bir ailədə böyüyüb, tərbiyə almışdır. Ana babası təhsil almış molla olub. Ailədə 7 uşaq olublar.

Həyat yoldaşı Mürşüd bəy Füzuli rayonundandır"QADINI YALNIZ MƏTBƏXDƏ GÖRMƏK İSTƏYƏNLƏR QARINQULU KİŞİLƏRDİR" .

2 qız övladı (Mətanət və Sara) və 3 nəvəsi var. Böyük qızı Mətanət Əzizova da hüquq müdafiəçisidir və Qadın Krizis Mərkəzinin rəhbərlik edir.

İstinadlar

Kateqoriya:İnsan hüquqları aktivistləri Kateqoriya:Suraxanı Rayon Xalq Deputatları Sovetinin deputatları