Ziyafət Abbasov (1 oktyabr 1935, Bakı, Azərbaycan SSR) — rejissor, ssenari müəllifi, baş redaktor, təcrübəçi rejissor, film direktoru, prodüser, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1991).

Həyatı

1 oktyabr 1935-ci ildəAzərbaycan Kinosu — Ensiklopedik lüğət. Elm və Təhsil. Bakı, 2017. s.25 Bakıda anadan olub. 1963-1968-ci illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində təhsil alıb. 1968-1974-cü illərdə Azərbaycan Dövlət Televiziya və Radio şirkətində, 1974-cü ildən "Azərbaycanfilm" kinostudiyasında rejissor işləyib. Əməkdar İncəsənət xadimidir. "Mozalan" kinojurnalı üçün 34 bədii və sənədli süjet çəkmişdir.

Ziyafət Abbasov bir müddət "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasının bədii rəhbəri olmuşdur.Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 276-277.

Z. Abbasov 1994-cü ildə kinostudiyaya direktor əvəzi təyin olunmuş, 1994-2001-ci illərdə “Azərbaycanfilm”in direktoru vəzifəsində çalışmışdır.

Filmoqrafiya

İstinadlar

Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 370-371.

Kateqoriya:Azərbaycan kinorejissorları Kateqoriya:"Azərbaycanfilm" kinostudiyasının direktorları Kateqoriya:Azərbaycan uzunömürlüləri Kateqoriya:SSRİ rejissorları Kateqoriya:SSRİ ssenaristləri Kateqoriya:Azərbaycan ssenaristləri Kateqoriya:Azərbaycan redaktorları