Vaza sülaləsi - Müasir İsveç tarixini başlatmış və İsveç imperiyasını qurmuş sülalə.
Hakimiyyətə gəlməsi
Vaza sülaləsi hakimiyyətə Kalmar Birliyinə etiraz olaraq doğmuş olan vətənpərvər hərəkatının verdiyi təkanla gəlmişdi. Qədim əsilzadə ailəsi olan Vaza ailəsinin başçısı olan Qustav Eriksson Danimarka kralı və Kalmar Birliyinin başçısı olan II Kristiana qarşı üsyan edərək İsveçi müstəqil krallıq etdi. Vaza sülaləsi dövründə Katolik etiqadı tərk edilərək Lüteranizmə keçildi.
Kralları
İsveçdə Şəkli Adı Hakimiyyətə gəlişi Hakimiyyətdən gedişi Əlaqə80pxI Qustav15231560qurucu hökmdar80pxXIV Erik1560əvvəlki kralın oğlu80pxIII İohann 1592əvvəlki kralın qardaşı80pxI Sigizmund15921599əvvəlki kralın oğlu80pxIX Karl15991611əvvəlki kralın əmisi80pxII Qustav Adolf16111632əvvəlki kralın oğlu80pxI Kristina16321654əvvəlki kralın qızı
I Kristinanın könüllü taxtdan çəkilməsindən sonra İsveçdə taxt onun ögey qardaşı olan X Karla keçdi.
Polşada
Şəkli Adı Hakimiyyətə gəlişi Hakimiyyətdən gedişi Əlaqə80pxI Sigizmund15871632qurucu kral80pxIV Vladislav16321648əvvəlki kralın oğlu80pxII İohann Kazimir16481668əvvəlki kralın qardaşı
Polşada II İohannın taxtdan çəkilib keşiş olmağa qərar verməsi ilə Vaza sülaləsinin hər iki ölkədə olan hakimiyyəti bitdi. Polşada hakimiyyət Mixail Vişneveskinin əlinə keçdi.
Kateqoriya:Rusiya Kateqoriya:İsveç sülalələri Kateqoriya:Polşa Kateqoriya:Litva Kateqoriya:Avropanın kral sülalələri