Terror hadisələri syahısı (1978) — 1978-ci ildə törədilmiş terrorların siyahısı.

6 yanvar Brüssel Belçika Türkiyə bankının bürosu partladılmışdır. Terror aktına görə məsuliyyəti Yeni erməni müqaviməti terror qrupu öz üzərinə götürmüşdür. 3 yanvar London Böyük Britaniya Türkiyə bankında partlayıcı qurğu işə düşmüşdür. Terror aktına görə məsuliyyəti Yeni erməni müqaviməti terror təşkilatı öz üzərinə götürmüşdür. 3 yanvar Moskva SSRİ Pervomayskaya metro stansiyası Baumansk rayonunda 15 saylı mağazada və 25 oktyabr kücəsində törədilən terror aktları nəticəsində 8 nəfər ölmüş və 37 nəfər yaralanmışdır. Terror aktına görə məsuliyyəti Milli Birlik Partiyası erməni terror təşkilatı öz üzərinə götürmüşdür. Bombalı hücumları həyata keçirən qrup 1978-ci il noyabrın 7-də Kursk vağzalında terror aktı keçirməyi planlaşdırıb. Ancaq Dövlət Təhlükəsizlik Komitəsinin keçirdiyi əməliyyat nəticəsində terrorçulardan iksi Akop Stepanya və Zaven Bağdasaryan daha sonra üçüncü terrorçu Stepan Zatikyan həbs olunub. Məhkəmə 1979-cu ildə hər üç terrorçuya ölüm hökmü çıxarmışdır. 2 iyun Madrid İspaniya Erməni terrorçuları Türkiyə səfiri Zəki Kunerelin xanımı Pəklə Kunerel istefadəki səfir Bəşir Balaşoğlu ilə ispan vətəndaşı sürücü Antonio Torresi öldürmüşlər. 8 iyul Paris Fransa Türkiyə səfirliyinin attaşesinə sui-qəsd edilmişdir. Bir müddət sonra Türkiyə Turizm Bürosuna qumbara atılmışdır. Hər iki terror aktına görə məsuliyyəti Erməni Soyqırımının Ədalətliyi Komandosları terror təşkilatı öz üzərinə götürmüşdür. 6 dekabr Cenevrə İsveçrə Türkiyə konsulluğu binası qarşısında bomba partladılmışdır. Terror aktına görə məsuliyyəti Yeni erməni müqaviməti terror təşkilatı öz üzərinə götürmüşdür. 17 dekabr Cenevrə İsveçrə Türkiyə avinəqliyyat şirkətinin binası qarşısında partlayış baş vermişdir. Məsuliyyəti ASALA erməni terror təşkilatı öz üzərinə götürmüşdür. 7 yanvar Roma İtaliya İtaliya İctimai Hərəkatı ofisinə hücum edən sol terrorçu qrup 3 nəfəri öldürmüşlər. 13 fevral Sidney Avstraliya Hökumət Birliyinin başçılarının görüşü zamanı bombanın partlaması nəticəsində iki nəfər həlak olmuşdur. 17 fevral Böyük Britaniya Restoranın partladılması nəticəsində 12 nəfər həlak olmuşdur. 11 mart İsrail Avtobusa hücum edən Fələstin terrorçuları 38 sərnişini qətlə yetirmişlər və 71 nəfəri yaralamışlar. 13 mart Hollandiya Bir ofisə hücum edən terrorçular 78 nəfəri öldürmüşlər. 16 mart 9 may Roma İtaliya Baş nazir Aldo Moro Qırmızı Briqadalar təşkilatının terrorçuları tərəfindən girov götürülərək öldürülmüşdür. 20 may Paris Fransa Orli hava limanına hücum edən terrorçular 3 fransız turisti ilə bir polisi öldürmüşlər. 13 avqust Livan Baş qərargah ofisinin Fələstin terrorçuları tərəfindən partladılması nəticəsində 175 nəfər həlak olmuş və 80 nəfər yaralanmışdır.

Kateqoriya:Terror hadisələrinin siyahıları Kateqoriya:1978-ci ilin terror hadisələri