Qvatemala () — Qvatemalanın paytaxtı, həmçinin Mərkəzi Amerikanın ən böyük şəhəri. Şəhər mərkəzindən 3 kilometr məsafədə Beynəlxalq La Aurora Aeroportu yerləşir. Şəhərin bütün departamentlərin mərkəzləri və qonşu dövlətlərin paytaxtları ilə avtobus əlaqəsi vardır.

Əhalisi Qvatemala şəhərində 1 milyondan çox əhali yaşayır (şəhərətrafı qəsəbələrdə  2,5 milyon əhali var. Milli tərkibə görə mayyaların törəmələri olan hindulara (40 %), metis-ladinolara və Avropa əsilli xalqların nümayəndələrinə bölünür, (əsasən ispanlar).

Dil Rəsmi dil ispan dilidr, Həmçinin paytaxtda 25 yerli dil nümayəndələri var. Onlardan 23-ü mayya dilləri, Karib zəncilərinin dili olan qarifuna və şinka dili.

Din Əsas kütlə katolik dininə (60 %) və protestantlığa sitayiş edir, Həmçinin şəhərdə sinaqoq, məscid və pravoslav kilsəsi vardır.

Təhsil Qvatemala şəhərində 11 universitet vardır (1 Milli və 10 özəl universitet). Bundan başqa İspaniya, Meksika və ABŞ universitetlərinin şəhərdə nümayəndəlikləri vardır (magistratura səviyyəsində).

İstinadlar

Kateqoriya:Qvatemala şəhəri Kateqoriya:Qvatemala şəhərləri Kateqoriya:Milyon nəfərdən çox əhalisi olan şəhərlər Kateqoriya:Mərkəzi Amerika ölkələrinin paytaxtları