Nina Hartli () — ABŞ porno aktrisası. Filmlərdə Nina Hartli, Nina Hartman, Babbl Batt, və Nina Hartvell adı ilə məşhur olub. 2012-ci ilin rəsmi məlumatlarına görə Nina Hartli 900-dən artıq pornoqrafik filmdə iştirak edib.
Həyatı Nina Hartli 1959-cu ildə Kaliforniyada anadan olub. Əsl adı "Mari Luiz Hartman"dır (). Lüterant atası və yəhudi anası Alabama ştatından bura köç ediblər. Nina Alman, İsveç və Yəhudi əsillidir. Onun valideynləri buddizm dininə itaət edir. Nina Hartli isə ateistdir. Nina San-Fransisko şəhərində böyüyüb. 1977-ci ildə San Fransisko Dövlət Universitetində həkimliyi oxuyub və 1985-ci ildə Universiteti fərqlənmə ilə bitirib. Artıq bu müddətdə Nina tibb bacısı vəzifəsində işləyə bilərdi.
1982-ci ildə eynikursda çalışan qız yoldaşı ilə birlikdə striptiz klubda çalışıb. 1984-cü ildə pornoqrafik film karyerasına başlayıb. Mari "Nina" ləqəbini striptiz klubda çalışarkən yaponlarla daha aydın münasibət qurmasına görə, "Hartli" ləqəbini isə onu reklam edənə xoş olduğu üçün seçib. 1980-ci illərin sonlarında "Las Veqas Andrea Dvorkinin pornoqrafiya ilə mübarizəsi" hədəfi altında olmuş və polislər tərəfindən tutulmuşdur. Amma bir müddət sonra kompaniyanın sayəsində azad olunur və porno karyerasına yenidən davam edir.
Şəxsi həyatı Nina Hartli iki dəfə evli olub. İlk həyat yoldaşı Daviddən boşandıqdan sonra ikinci bir sıra pornoqrafik filmlərin rejissoru olan Ernest Qrin ilə ailə həyatı qurub. Ernest Qrin isə ilk həyat yoldaşı ingilis əsilli pornoaktrisa Sarah Ceyn Hemilton olub.
İstinadlar
Xarici keçidlər Rəsmi sayt Myspace.com Twitter.com
Kateqoriya:ABŞ pornoaktrisaları Kateqoriya:Kaliforniyada doğulanlar Kateqoriya:San-Fransisko Ştat Universitetinin məzunları Kateqoriya:Biseksual qadınlar Kateqoriya:ABŞ-də LGBT şəxslər Kateqoriya:XX əsr ABŞ aktrisaları Kateqoriya:XXI əsr ABŞ aktrisaları Kateqoriya:ABŞ feministləri Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:ABŞ ateistləri Kateqoriya:Biseksual yazıçılar