Pac-Man World 3 — "Namco" oyun şirkəti tərəfindən 2005-ci ildə yaradılan macəra oyunudur. "Pac-Man World" videooyun seriyasının üçüncü seriyasıdır. Videooyun 15 raunddan ibarətdir. Raundlar isə çox uzun olmasına görə fərqlənir. Həmçinin, oyunun bir neçə raundunda ilk "Pac-Man" oyununu oynamaq mümkündür. Videooyun "PlayStation 2", "Nintendo", "GameCube", "Xbox", "PlayStation Portable", "Nintendo DS" və Microsoft Windows platformaları üçün hazırlanmışdı.
Məzmun
Qəddar ağıllı Ervin hakimiyyət uğrunda keçirdiyi macəralarında Kabuslar dünyasından (Spectral Realm) energetik pendiri sormaq üsulunu tapmışdır. Ervin Kabuslar dünyasına girmək üçün xüsusi Sifon hazırlamışdır. Bu da kabus dünyasını real dünyaya (Pac-Land) çevirir. Bu çevrilmə zamanı dünyanın fəlakətinə gətirib çıxaracaqdır. Həmin müddətdə Pac-Man 25 yaşını ailəsi ilə birlikdə qeyd edir. Bu zaman Orson onu teleportasiya edir. Pac-Man ətrafına baxan zaman qəribə bir dünyaya düşdüyünü güman edir. Orson isə danışıq apparatı vasitəsilə Pac-Mana hər şeyi başa salır. İlk növbədə Orson ona "Spectral Realm" dünyası haqqında danışır. Pac-Man isə Orsonun onun ad gününü pozduğu üçün peşmanlıq hissi keçirir. Pac-Man yoluna davam edən zaman onun üzərinə müxtəlif bədheybətlər gəlir. Pac-Man üzərinə düşən vəzifə isə onların hamısını dəf edərək yoluna irəliləməkdir. Macəralardan aydın olur ki, Pac-Manın gördüyü bütün bu bədheybətlər əslində Ervinin hipnozu altındadır. Ervin İnki və Blinkini oğurlamışdır, lakin Pinki və Klayd qaça bilmişdlər. Pac-Man artıq Orson, Pinki və Klaydın ruhları ilə gücünü birləşdirməlidir ki, Ervinə qalib gəlsin. Macəraların birində Pac-Man Ervinə qalib gəlir, lakin Ervin qaça bilir. Bütün macəraların sonunda isə Pac-Man yenidən Ervini məğlubiyyətə düçar edir. Bununla da Ervinin planı baş tutmur və Pac-Man dünyanı böyük fəlakətdən xilas edir.
Dünyalar Raundlar Ad Tərcümə 1 Bot Boneyard 2 Banny Wastelands 3 The Spectral Cliffs 4 Gogekka Central 5 The Spectral Vale 6 Zephyr Heights 7 Ancient Catacombs 8 Gogekka Heights 9 Banny Canyon 10 Toc-Man Battle 11 Cragstone Bridge 12 Erwin's Fortress 13 Dungen Gunden 14 The Spectral Zenith 15 Shadow Temple
Xarici keçidlər Pac-Man World 3 on Gamespot
Kateqoriya:2005-ci ilin videooyunları Kateqoriya:Pac-Man Kateqoriya:PlayStation 2 videooyunları Kateqoriya:Windows videooyunları Kateqoriya:Birləşmiş Krallıq videooyunları Kateqoriya:ABŞ videooyunları Kateqoriya:Xbox videooyunları Kateqoriya:Nintendo DS videooyunları Kateqoriya:PlayStation Portable videooyunları Kateqoriya:Birnəfərli videooyunlar Kateqoriya:GameCube oyunları Kateqoriya:Qadın protaqonisti olan videooyunlar