Kolombo (, ), tarixi mənbələrdə Kalanbu ()https://books.google.com.tr/books?id=e1E2eCdAdfIC&pg=PA185&lpg=PA185&dq=Calenbou&source=bl&ots=BfIqbfJHms&sig=ACfU3U2uDnexqd42MXVN_jSJBqeP-2unZA&hl=ru&sa=X&ved=2ahUKEwjggKy33Oz4AhXzYPEDHUqKDtsQ6AF6BAgXEAM#v=onepage&q=Calenbou&f=false Voyages d'Ibn Batoutah: Texte Arabe, accompagné d'une traduction — Şri-Lankanın ən iri şəhəri və paytaxtı.Ölkənin Qərb vilayətində, Kolombo dairəsində yerləşir. Əhalisi — 672,7 min nəfər (2007), Böyük Kolombonun əhalisi Moratuva, Dexivala-Maunt-Laviniya və Şri Cayavardenepura Kotte ilə birlikdə — 5,648,000 nəfərdir.
Şəhər infrastrukturu Kolombo dərin körfəz sahilindədir. Limanla yanaşı "Fort" adlanan şəhərin işgüzar mərkəzi vardır. Burada əvvəllər Portuqaliyanın limanı qoruyan qalası yerləşirdi. Kolombo portu Cənubi Asiyanın ən böyük limanıdır. Mərkəzdə inzibati binalar, marketlər, hotellər, banklar yerləşir. Kolombo ölkənin böyük sənaye və mədəni mərkəzidir.
Təhsil və mədəniyyət Şəhərdə universitet, kolleclər, observatoriya, milli muzey yerləşir. Kolombo universitetində Kolumbiya Universitetinin observatoriyası vardır. Çox sayda kilsə, məscid, buddist və induist xramlar vardır, şəhər kənarında iki buddist universitet vardır.
Solomon Bandaranike adına beynəlxalq aeroport Kolombodan 30 kilometr məsafəd yerləşir. Şəhər əyalətlərlə avtomobil və dəmiryol xətti ilə birləşir.
Xarici keçidlər Colombo Municipal Council, History of the City Colombo — Wikivoyage Guide for travellers Aboutcolombo.lk, Everything about Colombo city City Hospitality of the Hotels in Colombo Colombo
İstinadlar
Kateqoriya:Kolombo Kateqoriya:Keçmiş paytaxtlar