İlbiz - 2½ dəfə öz oxunun başına burulmuş spiral sümük kanal - . Uzunluğu 2 sm-ə bərabərdir. İlbiz kanalının bir ucu deyilən dəlik vasitəsilə dəhlizdən başlazır və digər ucu isə kor surətdə tamam olur. İlbizin daxili qulaq keçəcəyinə baxan əsası - və təbil boşluğuna doğru baxan zirvəsi - vardır. İlbizin sağı (istinadı) mil - adlanır; bu konusa bənzəyir və üfüqi istiqamətdə yerləşir; kütləsi süngəri sümük maddəsindən təşkil olunmuşdur. Milin əsası - bilavasitə daxili qulaq keçəcəyinə söykənir və üzərində ilbiz siniri şaxələrinə məxsus dəliklər vardır; bu dəliklər mil daxilində olan boylama kanalcıqlara - keçir. İlbiz milindən ilbiz boşluğuna doğru bütün kanal boyu sümük spiral səfhə - gedir; ancaq bi səfhə ilbiz kanalının qarşı divarına çatmır. Spiral səfhənin azad ucu ilbiz zirvəsində sivriləşir və qırmaq - adlanır. Spiral sümük səfhəsinin əsasında dar kanal - vardır; bu kanal mildə olan boylama kanalcıqlarla birləşir; həmin kanalda spiral qanqlion (ilbiz sinir qanqlionu) yerləşir. İlbiz boşluğu spiral səfhə vasitəsilə iki şöbəyə bölünür: 1) dəhliz pilləkəni - dəhlizlə birləşir və 2) təbil pilləkəni - ilbiz pəncərəsi vasitəsilə təbil boşluğuna açılır. Təbil pilləkənində ilbiz pəncərəsi yaxınlığında ilbiz su kəmərinin dəliyi - yerləşmişdir. İlbizin spiral səfhəyə qarşı duran divarında ikinci bir spiral səfhə - vardır. Mənbələr İnsanın Normal Anatomiyası, K. Balakişiyev, 1980, Maarif, III cild, səh. 341, UB-999,

Kateqoriya:Daxili qulaq

nl:Oor#Binnenoor Kateqoriya:Eşitmə Kateqoriya:İnsan başı və boynu Kateqoriya:Eşitmə sistemi Kateqoriya:Otologiya Kateqoriya:Baş və boyun sümükləri