Məzmun Film Azərbaycan xalqının ləyaqətli oğlu, görkəmli neftçi, Sosialist Əməyi Qəhrəmanı, Tümen neftini ilk kəşf edənlərdən biri, Tümen neft mədənlərində Qorno-Pravdinsk ekspedisiyasının rəisi Fərman Salmanova həsr edilmişdir.

Artıq neçə illərdir ki, o, Sibir tayqasını özünün Vətəni hesab edir. Onu buranın nə sərt şaxtası, nə də hər addımbaşı qarşısına çıxan çətinliklər qorxutmuşdur. Onu bütün ölkə tanıyır, neftçilər onunla fəxr edirlər.

Neft kəşfiyyatçısının həyatı dramatik hadisələrlə doludur. Biz filmdə onu iş başında, evində, ailə üzvləri arasında görürük.

Filmin heyəti

Film üzərində işləyənlər Rejissor: Vladimir Konyagin Ssenari müəllifi: Vladimir Sinitsın, Vladimir Konyagin Operator: Vladimir Konyagin Səs operatoru: Şamil Kərimov

Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 170-179.

Kateqoriya:1968-ci ilin Azərbaycan filmləri Kateqoriya:Bioqrafik filmlər Kateqoriya:Qısametrajlı sənədli filmlər