Məhəmmədiyə () — İranın Qəzvin ostanının Əlburz şəhristanının Məhəmmədiyə bəxşində şəhər və bu bəxşin mərkəzi.
Məhəmmədiyə şəhəri keçmiş Zibaşəhr və Bavers (indi bu adda şəhərin yaxınlığında başqa bir kənd mövcuddur) kəndlərinin birləşməsi ilə qurulub.
2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 41,766 nəfər və 10,904 ailədən ibarət idi. 2016-cı ilin məlumatına görə bəxşdə 138,093 nəfər yaşayır (43,898 ailə).
İstinadlar
Kateqoriya:Qəzvin ostanının şəhərləri