Məzmun Film Şərq xalqlarının I qurultayının 50 illik yubileyinə həsr olunmuşdur. Filmdə əsas yeri 1920-ci ildə Bakıda qurultay vaxtı çəkilmiş tarixi kinoxronika tutur və materialı qurultayın nümayəndəsi şərh edir. Ekranda Şərq ölkələri — Azərbaycan, İran, Suriya, Türkiyə, Misir, Çin və Yaponiya xalqlarının nümayəndələrinin opera teatrına, qurultayın təntənəli açılışına necə getdikləri, burada Nəriman Nərimanovun məruzə etməsi öz əksini tapmışdır. Filmin sonunda Şərq xalqlarının I qurultayının 50 illiyinə həsr olunmuş iclas, Azərbaycan nümayəndələrinin bu gün Yaxın Şərq ölkələrində beynəlxalq vəziyyət barədə çıxışları da verilmişdir.
Filmin heyəti
Film üzərində işləyənlər Rejissor: Teymur Bəkirzadə Ssenari müəllifi: Cəmil Quliyev, Teymur Bəkirzadə Operator: Tofiq Sultanov Səs operatoru: Şamil Kərimov
Kateqoriya:1970-ci ilin Azərbaycan filmləri Kateqoriya:Qısametrajlı sənədli filmlər Kateqoriya:Teymur Bəkirzadənin filmləri