Bolqarıstan azərbaycanlıları — tarixi Azərbaycandan kənarda yaşayan etnik azərbaycanlıların təşkil etdiyi Azərbaycan diasporunun Bolqarıstanda yaşayan hissəsinin adı. Rəsmi siyahıyaalınma zamanı sadəcə türk olaraq qeydə alınır və Türkiyə türklərinin tərkibində hesablanırlar. Ev dilləri Azərbaycan dilinin Qars ləhçəsi olsa da təhsillərini bolqar və Türkiyə türkcəsində alırlar. Bu ölkədəki azərbaycanlıların tamama yaxını şiə qızılbaşdır. Dünya Azərbaycanlıları Konqresinin (DAK-ın) bütün dünyada yaşayan azərbaycanlıların sayına dair 2006-cı ildə yayınladığı məlumatlara əsasən Bolqarıstanda 65,000 nəfər etnik azərbaycanlı yaşayır.Trend Analitik-informasiya agentliyi :Gələn ilin sonuna qədər dünyada yaşayan azərbaycanlıların sayı və məskunlaşma coğrafiyasına dair xəritə hazırlanacaq ---xəbərin yayınlanma tarixi: 2 Oktyabr 2007-ci il 2001-ci ildə aparılmış rəsmi əhali siyahıyaalınmasına əsasən Bolqarıstan Respublikasının ümumi əhalisi 7,928,901 nəfər olmuşdur.Национален съвет за сътрудничество по етническите и интеграционните въпроси :Етнически Малцинствени Общности Onlardan: Dini inancına əsasən müsəlmanların ümumi sayı 966,978 nəfər. Onlardan: 913,957 nəfəri sünni 53,021 nəfəri isə qızılbaş-şiə Öz milliyyətini türk olaraq qeyd edənlərin sayı 746,664 nəfər. Onlardan: Ana dilini türkcə olaraq qeyd edənlərin ümumi sayı 720,136 nəfər, bolqarca olaraq qeyd edənlərin ümumi sayı 26,147 nəfər. Dini inancına əsasən müsəlmanların ümumi sayı 713,024 nəfər. Onlardan: 660,003 nəfəri sünni 53,021 nəfəri qızılbaş-şiə 2011-ci ildə aparılmış rəsmi əhali siyahıyaalınmasına əsasən Bolqarıstan Respublikasının ümumi əhalisi 7,364,570 nəfər olmuşdur. Onlardan: Bolqarıstan Respublikasının vətəndaşlarının sayı 7,327,847 nəfər, digər ölkələrin vətəndaşlarının sayı isə 36,723Национален Статистически Институт: Преброяване 2011 окончателни резултати :Население с чуждо гражданство по страни ---..Данните са конфиденциални съгласно Чл. 25 от Закона за статистиката. nəfər olmuşdur. Siyahıyaalınmış 36,723 (kişilər:16292 nəfər, qadınlar:20431 nəfər) nəfər xarici ölkələrin vətəndaşlarından 34 nəfəri (13 nəfəri kişi, 21 nəfəri qadın) Azərbaycan Respublikasının vətəndaşları olmuşdur. Dini inancına əsasən müsəlmanların ümumi sayı 577,411 nəfər. Onlardan: 546,004Национален Статистически Институт: Преброяване 2011 окончателни резултати :Население по местоживеене, възраст и вероизповедание ---..Данните са конфиденциални съгласно Чл. 25 от Закона за статистиката nəfəri sünni 27,407 nəfəri qızılbaş-şiə 3,728 nəfər digər təriqətlər Öz milliyyətini türk olaraq qeyd edənlərin sayı 588,318Национален Статистически Институт: Преброяване 2011 окончателни резултати :Население по етническа група и майчин език ---В таблицата са разпределени данните за лицата отговорили на доброволните въпроси за самоопределяне по етническа група и майчин език... - Данните са конфиденциални съгласно Чл. 25 от Закона за статистиката. nəfər. Onlardan: Ana dilini türkcə olaraq qeyd edənlərin ümumi sayı 564,858 nəfər Ana dilini bolqarca olaraq qeyd edənlərin ümumi sayı 18,975 nəfər Ana dilini digər dillər olaraq qeyd edənlərin ümumi sayı 4,485 nəfər 2001-2011-ci illər arası yəni son iki siyahıyaalınma tarixləri arası zaman intervalında 131,539Национален Статистически Институт: Преброяване 2011 окончателни резултати :Миграция през периода 2001 - 2011 по пол и възраст nəfər Bolqarıstan sakini daimi yaşamaq üçün ölkəni tərk edərək digər ölkələrə köç etmişdir. Bolqarıstanda diaspora təşkilatları Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatlarına əsasən Bolqarıstanda azərbaycanlılara aid diaspora təşkilatları aşağıdakılardırAzərbaycan Respublikası, Diasporla İş üzrə Dövlət Komitəsi: Xaricdəki təşkilatlar :Bolqarıstandakı təşkilatlar : Bolqarıstan Azərbaycan Dostluq Cəmiyyəti: 2003-cü ildə yaradılmışdır, ünvan - Blaqoevqrad şəhəri. Bolqarıstan-Azərbaycan Dostluq Cəmiyyəti: 2004-cü ildə Bloqoevqrad şəhərində Amerika Universitetində oxuyan azərbaycanlı tələbələr yaradıb, ünvan - Blaqoevqrad şəhəri. Bolqarıstan-Azərbaycan Dostluq Cəmiyyəti: 5 iyul 2005-ci ildə Bolqarıstanın Sofiya şəhərində Bolqarıstan-Azərbaycan dostluq cəmiyyəti yaradılmışdır.
İstinadlar
Həmçinin bax