Rusvat Mikayıl oğlu Bayramov (Rusvat Mikayılzadə) () — jurnalist.

Həyatı Rusvat Bayramov (Rusvat Mikayılzadə) 1955-ci il fevralın 1-də Şəmkir rayonunun Düyərli kəndində anadan olub. İndiki Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1980-ci illərdən başlayaraq "Azərbaycan gəncləri", "Kommunist" (indiki "Xalq qəzeti"), "Həyat", "Azərbaycan", "Respublika", "Hürriyyət", "Gündəlik Azərbaycan", "Unikal", "Geopolitika" və s. qəzetlərdə müxtəlif vəzifələrdə işləyib. "Azərbaycan" qəzetinin baş redaktor müavini, "Respublika" qəzetinin baş redaktoru olub. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabineti Mətbuat Xidmətinin rəhbəri və Ədalət Partiyası sədrinin mətbuat və informasiya məsələləri üzrə müavini-mətbuat katibi vəzifələrində çalışıb.

1000-dən çox publisistik məqalənin, ən müxtəlif problemlərə aid yüzlərlə araşdırma materiallarının müəllifi, bir neçə kitabın isə həmmüəllifi, müəllifi və redaktorudur.

R. Bayramovun gənc jurnalist kadrlarının yetişdirilməsində xeyli rolu və xidməti olub. Onun yetirmələri neçə illərdir ki, müxtəlif yazılı və elektron KİV-də çalışır, bəziləri hətta aparıcı, rəhbər vəzifələr tuturlar.

R. Bayramov Azərbaycan jurnalistikasının inkişafındakı xidmətlərinə görə "Dan ulduzu" (1992), "Qızıl qələm" (1993) mükafatları, "Kamil sənətkar" diplomu və Fəxri fərmanlarla təltif olunub. 2013-cü ilin iyunundan 2021-ci il iyulun 6-dək Virtualaz.org portalının informasiya redaktoru olub.

Hazırda Senzor.az saytının təsisçisi və baş redaktorudur.

Ailəlidir, dörd övladı, dörd nəvəsi var.

İstinadlar Prezidentin adı ilə "mənzil məzhəkəsi": bu idi ədalətli bölgü? Rusvat Bayramov ucalığı — 65

Kateqoriya:Şəmkirdə doğulanlar Kateqoriya:Bakı Dövlət Universitetinin məzunları Kateqoriya:"Qızıl qələm" mükafatı laureatları