Buz dövrü: Mamont miladı () — 2011-ci ildə "Blue Sky Studios" tərəfindən istehsal olunmuş qısametrajlı animasiyadır.
Məzmun Safsar Sid mamontların ailəsinə mənsub daşı təsadüfən sındırır. Manfred Sidə deyir ki, bu daşı sındıran hər bir kəs Santa Klausun qara siyahısına düşür və hədiyyə almır. Sid qərara gəlir ki, Şimal qütbünə gedərək Santa Klausdan üzr istəsin. Onun ardınca digər qəhrəmanlarda gedirlər. Ancaq səyahət zamanı yeni problem çıxır. Qəhrəmanlar təsadüfən Santa Klausun hədiyyə düzəldən emalatxanasını dağıdırlar. Bu səbəbdən onlar bütün dünya üçün Yeni ili mütləq xilas etməlidirlər…
Xarici keçidlər Rəsmi sayt
Kateqoriya:Buz dövrü (film seriyası) Kateqoriya:ABŞ cizgi filmləri Kateqoriya:2011-ci ilin filmləri Kateqoriya:20th Century Fox filmləri Kateqoriya:ABŞ-nin komediya filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:Televiziya filmləri Kateqoriya:2010-cu illərin ingilis dilli filmləri