Babək Muğan oğlu Niftəliyev () — Azərbaycan muğam ifaçısı. Azərbaycan Respublikasının əməkdar artisti (2014).

Həyatı Niftəliyev Babək Muğan oğlu 29 may 1985-ci ildə Kəlbəcərdə anadan olub. Kəlbəcərdən çıxanda 8 yaşı olub.

Gəncədə 5 nömrəli musiqi məktəbində Sərdar Bağırovdan musiqi təhsili alıb.

Bakıda 6 saylı musiqi məktəbində isə Məmmədbağır Bağırzadə müəllimi olub.

Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunda (indiki Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kolleci) da Canəli Əkbərov ona dərs deyib.

Ailəlidir, 3 övladı var.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Xanəndələr Kateqoriya:Muğam Televiziya Müsabiqəsinin qalibləri