Jaklin Kennedi Onassis (Buvye) (; ) — ABŞ-nin 35-ci Prezidenti Con Kennedinin həyat yoldaşıdır. Atası fransız və ingilis, anası isə irland əsilli olub. Həyat yoldaşı Con Kennedinin güllələnməsi zamanı ona köməklik etmək üçün əlindən gələni etmişdir. Ömrünün son illərində Limfoma (düyünlərin zədələnməsi) xəstəliyindən vəfat etmişdir. 1994-cü ildə yuxuda olarkən vəfat etmişdir. Kiçik oğlu Kennedi-Onassis söyləmişdir:
Jaklin Buvye 28 iyul 1929-cu ildə Nyu-York Sautqempton şəhərinin ətrafında, III Con Buvye və Canet Norton Li ailəsində anadan olmuşdur. 1951-ci ildə Corc Vaşinqton Universitetindən Fransız Ədəbiyyatı bakalavr dərəcəsini almışdır və The Washington Times-Herald qəzetində fotoqraf olaraq işə başlamışdır.
1952-ci ildə Buvye o zaman konqresmen olan Con Kennedi ilə Vaşinqtonda şam yeməyində görüşmüşdür. Kennedi həmin il senata seçilmiş və cütlük 12 sentyabr 1953-cü ildə Rod-Aylend ştatının Nyuport şəhərində evləndilər. Onların dörd uşağı var idi, onlardan ikisi körpəlikdə vəfat etmişdilər. 1960-cı ildə əri prezident seçildikdən sonra Jaklin, Ağ Evin bərpası və sənətə və mədəniyyətə vurğu, üslubu, zərifliyi və lütfü ilə geniş tanıdıldı.Hall, Mimi. "Jackie Kennedy Onassis: America's Quintessential Icon of Style and Grace' . USA Today. Retrieved February 13, 2011.Circa 1961: The Kennedy White House Interior by Elaine Rice Bachmann. Quote: "The prescience of her words is remarkable given the influence she ultimately had on fashion, interior decoration, and architectural preservation from the early 1960s until her death in 1994. A disappointing visit to the Executive Mansion when she was 11 left a deep impression, one she immediately acted upon when she knew she was to become first lady …" Retrieved February 13, 2011.
22 noyabr 1963-cü ildə, Jaklin Texas ştatının Dallas şəhərində prezident maşın karvanında öldürülən zaman yanında idi. Cənazəsindən sonra o və övladları əsasən ictimai baxışdan imtina etdilər. 1968-ci ildə yunan gəmi maqnatı Aristotel Onassis ilə evləndi. 1975-ci ildə Onassisin ölümündən sonra Nyu-Yorkda redaktor olaraq çalışdı. 19 may 1994-cü ildə 64 yaşında limfoma xəstəliyindən vəfat etmişdir.
Həyatı boyu Jaklin Kennedi beynəlxalq moda simvolu hesab olunurdu. Çəhrayı Chanel kostyumundakı məşhur ansamblı və Dallasda geydiyi uyğun həb-həbləri, ərinin öldürülməsinin simvolu olmuşdur.
Vəfatından sonra da ən populyar və tanınan ilk xanımlardan biri hesab olunur və 1999-cu ildə XX əsrin Qallupun ən hörmətli kişi və qadınlarından biri seçildi.
Erkən həyatı (1929–1951)
Ailəsi və uşaqlıq illəri 200px|thumb|right|Jaklin 6 yaşında Jaklin Li Buvye 28 iyul 1929-cu ildə, Nyu-York Sautqempton şəhərinin ətrafında, III Con Buvye və Canet Norton Li ailəsində anadan olmuşdur.Pottker, p. 64 Buvyenin anası irlandiyalı, atası isə fransızdır, Şotlandiya və İngilis əcdadları da varFlaherty, ch. 1, subsection "Early years". Atasının adını daşıyan Buvye, Manhettandakı Müqəddəs İqnatius Loyola Kilsəsində vəftiz edilmişdir; katolik inancında böyümüşdür.Spoto, pp. 22, 61 Bacısı Li dörd il sonra, 1933-cü ildə anadan olmuşdur.
Həmçinin bax Jaklin Kennedinin çəhrayı Chanel kostyumu
Qeydlər
İstinadlar
Biblioqrafiya
Kennedy, Jacqueline (2011). Jacqueline Kennedy: Historic Conversations on Life with John F. Kennedy. Hyperion. .
Leaming, Barbara (2001). Mrs. Kennedy: The Missing History of the Kennedy Years Free Press. . Leaming, Barbara (2014). Jacqueline Bouvier Kennedy Onassis: The Untold Story. Macmillan. .
Pottker, Jan (2002). Janet and Jackie: The Story of a Mother and Her Daughter, Jacqueline Kennedy Onassis. St. Martin's Griffin. .
Sabato, Larry J. (2013). The Kennedy Half-Century: The Presidency, Assassination and Lasting Legacy. Bloomsbury USA. . Schlesinger, Arthur M., Jr. (2002) . A Thousand Days: John F. Kennedy in the White House. Mariner Books. .
Spoto, Donald (2000). Jacqueline Bouvier Kennedy Onassis: A Life. St. Martin's Press. .
Tracy, Kathleen (2008). The Everything Jacqueline Kennedy Onassis Book: A portrait of an American icon. Adams Media. .
West, J. B., with Mary Lynn Kotz (1973). Upstairs at the White House: My Life with the First Ladies. Coward, McCann & Geoghegan. SBN 698–10546-X.
Wolff, Perry (1962). A Tour of the White House with Mrs. John F. Kennedy. Doubleday & Company.
Exhibition Catalogue, Sale 6834: The Estate of Jacqueline Kennedy Onassis April 23–26, 1996. Sotheby's: 1996. The White House: An Historic Guide. White House Historical Association and the National Geographic Society: 2001. .
Xarici keçidlər Jacqueline Bouvier Kennedy Жаклин Кеннеди: непроницаемая драгоценность Jacqueline Bouvier Kennedy Жаклин Кеннеди: непроницаемая драгоценность Биография Первой леди
Jacqueline Kennedy speaking to the nation "Death of a First Lady ; Jacqueline Kennedy Onassis Dies of Cancer at 64" John F. Kennedy Presidential Library and Museum. Life of Jacqueline B. Kennedy Jacqueline Kennedy’s 1967 visit to Angkor Wat National First Ladies' Library Last Will and Testament of Jackie Onassis
Kateqoriya:ABŞ-nin birinci xanımları Kateqoriya:ABŞ-nin Roma katolikləri Kateqoriya:İrlandəsilli amerikalılar Kateqoriya:Kennedi ailəsi Kateqoriya:Limfomadan ölənlər Kateqoriya:Nyu-York şəxsləri