Yan Sze (, kantonca:楊斯; ) — Çin və ABŞ aktyoru, döyüş ustasıdır.

Həyatı Bolo Yen 3 iyul 1946-cı ildə Çin Xalq Respublikasının Quandun əyalətinin inzibati mərkəzi olan Quançjouda doğulmuşdur. 10 yaşı tamam olduqdan sonra bir çox çin vətəndaşları kimi kunq-fu sənəti lə məşğul olmağa başlayır. Döyüş sənətləri ilə bərabər Bolo Yen bodibildinqlə məşğul olur və bir müddət keçdikdən sonra 1970-ci ildə "Cənab Honq Konq" yarışmasının qalibi olur. Həmin ildən başlayaraq "Shaw Brothers Studio" kompaniyasının istehsal etdiyi filmlərdə pis obraz rolları alaraq, çəkilməyə başlayır. Bolo Yen bu studiyanı 1971-ci ildə tərk edir. "Winston" markalı siqaretin reklamında Bolo Yen Brüs Li ilə tanış olur və Brüs Li onu Əjdahanın çıxışı filmində dəvət edir.Logan, Bey Hong Kong Action Cinema (Overlook Press, 1995) 1974-cü ildə Türkiyə-Honkonq əməkdaşlığı sayəsində çəkilən və Cüneyt Arkının rol aldığı "Karateçilər İstanbulda" filmində Mister Yanq rolunu ifa edir. Ona ilk populyarlıq isə 1988-ci ildə Frenk Dyuksun həyatından bəhs edən döyüş filmi janrında çəkilən Qanlı idman filmində "Çonq Li" rolu gətirir. Filmdə baş rolu Jan-Klod Van Damm ifa edir. Bu filmdə Jan-Klod Van Damm Bolo Yen ilə tanış olmuş və onunla yenidən 1991-ci ildə çəkilən "İkiqat zərbə" filmində birlikdə çəkilir. Filmin ardınca Bolo Yen Kanadalı prodüser və aktyor Calal Merhinin döyüş janrında yaratdığı filmlərdə rol alır. Lakin Bolo Yen bu filmlərdə əvvəlki kimi populyarlıq qazana bilmir. Bolo Yen 2008-ci ildən etibarən filmlərdə az peyda olur və Bodibildinq Üzrə Milli Tayvey Assosiasiyasının meneceri vəzifəsində işləyir. Bolo Yen ailəlidir və üç övladı (2 oğlu Denni ilə Devid və qız övladı Debbra) vardır.

Seçilmiş filmoqrafiya İl Film Rol Qeydlər 1970 Təəccüblü qılıncoynadan "Təkbuynuz" Du Kuo Lung titrdə: Yan Sze1972 Dəmirdən adam Tszin Sıxu 1973 Əjdahanın çıxışı Bolo 1974 Karateçilər İstanbulda Cənab Yan titrdə: Yan Sze1986 Millionerlərin ekspresi rolu yoxdur Pambıq toxucusu1988 Qanlı idman Çonq Li 1989 Qanlı döyüş Çanq Li "Vyetnamlı Kobra" ləqəbli döyüşçü1985 Mənim xoşbəxt ulduzlarım Milyonçu Çen 1988 Xoşbəxt ulduzların dəlisov missiyası Film başçısı 1991 İkili zərbə Mun 1991 Qorxmaz pələng rolu yoxdur Dağda olan döyüş ustası 1991 Pələng cırmağı Çonq 1992 Güclü zərbə Şinqo 1993 2000-ci il Polisləri Döyüş ustası Sumai 1996 Pələng cırmağı 2 Çonq 1996 Güclü zərbə 2 Şinqo 2007 Yaxın döyüş rolu yoxdur Erikin treyneri

Maraqlı faktlar Bolo Yenin boyu 1,68 m-dir.Bolo Yen Kinopoisk.ru saytında, Yoxlanılıb: 23 sentyabr 2014 2004-cü ildə yaradılan "Tekken 5" video oyununda Fen Vey personajı Bolo Yenin əsasında yaradılmışdır.Tekken 5 Feng Wei Kinopoisk.ru saytında, Yoxlanılıb: 23 sentyabr 2014

İstinadlar

Xarici keçidlər

bh

Kateqoriya:Çin aktyorları Kateqoriya:Honkonq aktyorları Kateqoriya:ABŞ aktyorları