Ayaz Əsgərov () — Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı (2016-2026).

Həyatı Əsgərov Ayaz Nəriman oğlu 1964-cü ildə Tovuz rayonu Qovlar qəsəbəsində anadan olmuşdur. 1989-cu ildə Moskva Ət və Süd məhsullarının Texnologiyası İnstitutunu, 2006-cı ildə isə Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirmişdir.

Ailəsi Ailəlidir, 3 övladı var. Azərbaycan Dövlət Dəmiryolu İdarəsinin sabiq rəisi Arif Əsgərovun qardaşıdır.

Siyasi fəaliyyəti 1989–2006-cı illərdə müxtəlif vəzifələrdə işləmiş, 2006–2011-ci illərdə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini, 2011–2016-cı illərdə isə Qazax Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır. Yeni Azərbaycan Partiyasının üzvüdür.

Azərbaycan Respublikası Prezidentinin 19 may 2016-cı il tarixli Sərəncamı ilə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir və 15 sentyabr, 2026-cı tarixli Sərəncamı ilə bu vəzifədən azad edilmişdir.

İstinadlar

Kateqoriya:Qazax Rayon İcra Hakimiyyətinin başçıları Kateqoriya:Yardımlı Rayon İcra Hakimiyyətinin başçıları Kateqoriya:Nəsimi Rayon İcra Hakimiyyətinin başçılarının müavinləri