Məzmunu Qurbanov (Yaşar Nuri) vəzifəli bir şəxsdir. Evdar arvadı və bir oğlu vardır. Günlərin bir günü o evə gəlir və arvadı Məryəmə (Amaliya Pənahova) evi həmişəlik tərk etmək istədiyini bildirir. Bu xəbərdən pərt olan Məryəmin özü evdən çıxıb gedir. Lakin Qurbanovun oğlu Mürsəllə (Vaqif Azəryar) onun nişanlısı Xumar (Firəngiz Mütəllimova) fənd işlədərək dağılmaqda olan ailəni xilas edirlər.
Səhvlər Tamaşanın əvvəlində, titrlərdə Amalya Pənahova, sonunda isə Amaliya Pənahova yazılmışdır.
Filmin heyəti
Film üzərində işləyənlər Ssenari müəllifi : Ruhəngiz Qasımova Mahnıların müəllifi : Ruhəngiz Qasımova Şerlərin müəllifi : Fikrət Qoca Quruluşçu operator : Eldar Məmmədov Operatorlar : Zakir Muxtarov, Yusif Yaqubov, Əlövsət Aslanov Quruluşçu rəssam : Rəfael Əlizadə Qrim üzrə rəssam : Aslan Qafarov Səs rejissoru : Sabir Əliyev Rejissor assistentləri : Arif Qasımov, Sevil İbrahimova Quruluşçu rejissor : Ramiz Mirzəyev Musiqisindən istifadə edilən bəstəkar : Antonio Vivaldi (titrlərdə yoxdur)
Rollarda Amaliya Pənahova-Məryəm Yaşar Nuri (Yaşar Nuriyev kimi)-Qurbanov Hamlet Qurbanov-Çingiz Bəsti Cəfərova-Qurbanovun sevgilisi Firəngiz Mütəllimova-Xumar Elxan Ağahüseynoğlu-Mühəndis Nuriyyə Əhmədova-Nuriyyə Vaqif Azəryar-Mürsəl Fəxrəddin Manafov-Natiq Məzahir Cəlilov-Mühəndis Ruhəngiz Qasımova-Özü (titrlərdə yoxdur) Sabir Ələsgərov-Diktor (titrlərdə yoxdur)
Xarici keçidlər Filmi izlə
Kateqoriya:1982-ci ilin Azərbaycan filmləri Kateqoriya:Ramiz Həsənoğlunun filmləri