Mirzə İshaq xan Mirzə Əbdülqəni oğlu Xoyi (1870-?) — diplomat.
Həyatı Mirzə İshaq xan Mirzə Əbdülqəni oğlu 1870-ci ildə Cənubi Azərbaycanın Xoy şəhərində anadan olmuşdu. Hacı Hüseynəli Xoyinin nəvəsi, Hacı Səfərəli Xoyinin qardaşı nəvəsi və Mirzə Cavad xan Sədəddövlənin əmisi oğludur. O, ibtidai təhsilini atasından almışdı. Sonra mədrəsədə oxumuşdu. Fransız, ingilis dillərini bilirdi. Cavanlığında İranın Xarici işlər nazirliyində işə düzəlmişdi. Mirzə Mahmud xan Əlaülmülkün yanında xidmət etmişdi. 1891-ci ildə konsul kimi İranı təmsil etmişdi. 1896-cı ilədək bu vəzifədə çalışmışdı. 1900-cü ildə Müzəffərəddin şah Qacarın məiyyətində Avropada olmuşdu. Xarici İşlər naziri Mirzə Nəsrulla xan Müşirüddövlənin qızı ilə ailə qurandan sonra İranın ABŞ-də səfiri olmuşdu.
İshaq xan Müfxəməddövlə 1904-cü ilin mart ayında Tehrana dönmüşdü. Sonra İranın Argentinada səfiri olmuşdu.
İshaq xan Müfxəməddövlə 1917-ci ildə İranın Rusiyada səfiri idi. II Nikolayın yıxılması haqqında xəbəri teleqramla Sultan Əhməd şah Qacara çatdırmışdı.
Mənbə Ənvər Çingizoğlu, Qacarlar dövrünün diplomatları, Bakı, "Mütərcim", 2012. 334 səh.
İstinadlar
Həmçinin bax Mirzə Cavad xan Sədəddövlə Mirzə Cabbar Təzkirəçi Murtuza xan Mümtazülmülk
Xarici keçidlər İshaq xan Müfxəməddövlə
Kateqoriya:Diplomatlar Kateqoriya:İranın Rusiyadakı səfirləri Kateqoriya:Xoyda doğulanlar Kateqoriya:Farslar