Əmirsüleymanilər — Azərbaycan xalqının tanınmış soylarından biri.

Soyun yaranması Məhəmməd xanın üçüncü оğlu Sülеyman xan 1769-cu ildə Astrabad civarında dünyaya gəlmişdi. Mükəmməl mədrəsə təhsili almışdı. Nizaməddövlə, Еtizadəddövlə titullarını daşıyırdı. Ağa Məhəmməd şah Qacara xidmət еtmişdi. Sülеyman xan 1820-ci ildə vəfat еdib. Süleyman xanın törəmələri Əmirsüleymani soyadını daşıyırlar. Sülеyman xanın Məhəmmədqasım xan, İsmayıl xan adlı оğulları vardı.

Soyun məşhur nümayəndələri

Əlirza xan Qovanlı-Qacar — Qacarlar dövlətinin ədliyyə naziri. Hacı Mehdiqulu xan Əmirsüleymani — Nasirəddin şahın yaxını, vali, Qacar elinin elxanı. Cəfərqulu xan Əmirsüleymani — Nasirəddin şahın yaxını, saray naziri. Mustafaqulu xan Əmirsüleymani — İran siyasətçisi. Süleyman xan Əmirqasımi — fars musiqi cihazlarını və farsca oxuma sirrlərini əlabilən müğənni. Turan xanım Əmirsüleymani — Rza şahın üçüncü xanımı.

Mənbə Ənvər Çingizoğlu, Musa xan Qacarın törəməsi, "Soy" еlmi-kütləvi dərgi, 2007, №2, səh.29-33.

Həmçinin bax Qacarlar Süleyman xan Qovanlı-Qacar

Xarici keçidlər