Ceyn Eyr () - 1983-cü ildə Böyük Britaniyanın BBC kanalında yayımlanan televiziya serialıdır.Ceyn Eyr Rotten Tomatoes saytında, Yoxlanılıb: 3 oktyabr 2014 Televiziya serialı Şarlotta Brontenin eyniadlı əsəri əsasında çəkilmişdir. Bu miniserial "BBC" kanalının "Ceyn Eyr" əsəri əsasında hazırladığı ikinci televiziya serialıdır. Bundan əvvəl "BBC" kanalı 1973-cü ildə Ceyn Eyr miniserialını istehsal etmişdir. Hər iki televiziya serialının süjeti, demək olar ki, kitabın məzmunu ilə eynidir. İlk hazırlanan müddətdə miniserial 11 seriyadan ibarət olmuşdur. Lakin ilk dəfə olaraq 18 aprel 2005-ci il tarixində DVD-də çıxan miniserial, hər seriyanın davam etmə müddəti 60 dəqiqə olmaqla 4 seriyadan ibarətdir. Bütün seriyaların davam etmə müddəti ümumi olaraq 239 dəqiqədən ibarətdir.
"Ceyn Eyr" televiziya serialında, kiçikliyi və kədərli xatirələrlə dolu olan gənc bir qadının, zəngin bir İngilis ziyalısı olan Cənab Roçesterin yanına mürəbbiyə olaraq yerləşməsi, iki insanın aralarında keçən dramatik və romantik hadisələrindən söhbət açılır. Sevgi və qısqanclıq kimi duyğuları daha əvvəl heç dadmamış olan Ceyn, bu duyğularla birlikdə gələn xəyal qırıqlıqlarını da yaşamağa məcbur olacaqdır.Ceyn Eyr TV-com saytında, Yoxlanılıb: 3 oktyabr 2014
Məzmun
Ceyn Eyr 10 yaşında olan zəif bir uşaqdır. Onun valideynləri və dayısı dünyadan köçmüşlər. Evdə yaşayanlar isə ona mənfi münasibətlə yanaşırdılar. Ceyn Eyrə evdəkilərdən yalnız dayə Bessi Li hörmətnən yanaşırdı. Evdə yaşayanlar onu pansion məktəbə göndərməyə qərar verirlər. Ceyn Eyr evi birdəfəlik tərk edərək, məktəbə gedir. O, bir xidmətçi tərəfindən qarşılanır. Ceyn Eyr buranı öz evinə bənzədir. Məktəbdə 80-a yaxın qız vardır. Burada uşaqlarnan çox pis rəftar edirdilər. Lakin xoşbəxtlikdən məktəbin direktoru olan Miller mülayim xanım olduğundan, Ceyn Eyr yaxşı təhsil ala bilir. Məktəbdə oxuyan zaman ətrafda taun xəstəliyi yayılmağa başlayır. Bir çox insanlar, o cümlədən, məktəbin direktoru xəstəlikdən vəfat edir. Ceyn Eyr zaman keçdikcə bütün müəllimləri tərəfindən sevilir və bir çox şəxslərin ona paxıllıq etməsinə səbəb olur. Ceyn Eyr burada 8 il təhsil alır. Təhsilini bitirdikdən sonra Ceyn Eyr 2 il müəllim olaraq çalışır.
Ceyn Eyr 2 il müəllim olaraq çalışdıqdan sonra Roçester ailəsində mürəbbiyə kimi işləməyə başlayır. Zaman keçdikcə Ceyn Eyr Edvard Roçesterin bəraətini qazanmağa başlayır. Onlar arasında sevgi münasibətləri yaranmağa başlayır. Edvard Roçester bir müddət sonra Ceyn Eyr ilə evlənməyə hazırlaşır. Lakin onlar evlənən zaman bir adam vəkili ilə bərabər mərasimi dayandırır. Məlum olur ki, həmin adam Edvard Roçester Roçesterin həyat yoldaşının qardaşıdır. Roçesterin həyat yoldaşı ruhi xəstədir. Bu səbəbdən Roçester hamıdan onu gizlətməyə çalışırdı. Bu hadisədən sonra Ceyn Eyr Roçesterə mənfi münasibətlə yanaşır. Bir müddət sonra Ceyn Eyr Roçesterin evini tərk edir.
Neçə gün ac-susuz qalan Ceyn Eyr, sonda evlərdən birinə çatır. Bu evdə yaşayan Diana, Meri və Sent Con Rivers ona həm maddi, həm də mənəvi cəhətdən dəstək olurlar. Sent Con Rivers, Ceyn Eyr haqqında məlumatlar əldə edir. Məlum olur k, dayısı ona miras qoymuşdur və Sent Con Rivers onun bibisi oğludur. Bu məlumatı Sent Con Riversdən eşidən Ceyn Eyr, mirasdan daha çox yaxınlarını tapdığı üçün çox şad olur. Bir müddət sonra Ceyn Eyr mirası özü ilə bərabər, evdə yaşayan şəxslər arasında öz razılığı ilə bölür. Sent Con Rivers Ceyn Eyrə evlənmək təklif edir. Lakin bu zaman Ceyn Eyr qəflətən Roçesterin onu çağırdığını hiss edir və bu səbəbdən tez bir zamanda evdəkilərlə vidalaşaraq, Roçesterin evinə geri dönür. Geri döndükdən sonra öyrənir ki, Roçesterin həyat yoldaşı evi yandıran zaman Roçester həm əlindən, həm də gözündən ağır zədə almışdır. Həmçinin, Roçesterin həyat yoldaşı evin damından aşağı düşərək, vəfat etmişdir. Görmə qabiliyyətini itirən Cənab Roçester Ceyn Eyri səsindən tanıyır və bundan şad olur. Ceyn Eyr onunla birlikdə qalmağa qərar verir. Bu hadisədən 2 il keçdikdən sonra Roçesterin görmə qabiliyyəti yaxşılaşır. Onlar firavan həyat yaşayırlar.
Rollarda Aktyor/aktrisa Rol EpizodlarZila Klark Ceyn Eyr 10 epizod, 1983Timoti Dalton Cənab Edvard Ferfaks Roçester 9 epizod, 1983Ceyms Markus Con 5 epizod, 1983Demien Tomas Riçard Meyson 4 epizod, 1983Moraq Hud Meri Rivers 3 epizod, 1983Elen Donnelli Diana Rivers 3 epizod, 1983Robert Ceyms Broklhörst 2 epizod, 1983Cudi Kornvell Xanım Rid 2 epizod, 1983Meri Tamm Blanş İnqrem 2 epizod, 1983 Alan Koks Con Rid 1 epizod, 1983Treysi Çaylds Corciana Rids 1 epizod, 1983 Kolett Barker Helen Börns 1 epizod, 1983 Cobi Blanşard Ostler 1 epizod, 1983 Avril Klark Xanım Sketçered 1 epizod, 1983 Meri Kenton Xanım Smit 1 epizod, 1983 İv Metison Leah 4 epizod, 1983 Kolin Civons Cənab Briqqs 4 epizod, 1983 Culiya Keplman Berta Meyson 4 epizod, 1983 Blanş Yuinou Adel 3 epizod, 1983 Keyt Devid Bessi Li 3 epizod, 1983 Endryu Biknell Sent (St.) Con Rivers 2 epizod , 1983 Enn Dayson Hannah 2 epizod, 1983 Sian Pattenden Ceyn Eyrin uşaqlığı 2 epizod, 1983 Silviya Breyşey Mariya 2 epizod, 1983 Norman Rutherford Ser Corc Linn 2 epizod, 1983 Coys Kamminqs Xanım Dent 2 epizod, 1983
Seriyalar siyahısı Epizod Çıxış tarixi Göstərildiyi ölkəEpizod #1.1 9 oktyabr 1983 Epizod #1.2 16 oktyabr 1983 Epizod #1.3 23 oktyabr 1983 Epizod #1.4 30 oktyabr 1983 Epizod #1.5 6 noyabr 1983 Epizod #1.6 13 noyabr 1983 Epizod #1.7 20 noyabr 1983 Epizod #1.8 27 noyabr 1983 Epizod #1.9 4 dekabr 1983 Epizod #1.10 11 dekabr 1983 Epizod #1.11 18 dekabr 1983
Mahnılar
Mükafatlar və nominasiyalar "Ceyn Eyr" miniserialı 1984-cü ildə "BAFTA" mükafatının "Ən yaxşı drama" kateqoriyası üzrə nominasiyaya layiq görülmüşdür. 1985-ci ildə "CableACE Awards" mükafatının "Ən yaxşı incəsənət istiqaməti üzrə video lent" kateqoriyası üzrə nominasiyaya layiq görülmüş, "Ən yaxşı video kaset" və "Ən yaxşı kostyum rəssamı" kateqoriyaları üzrə mükafata sahib olmuşdur. Mükafat Kateqoriya Layiq görülən NəticəBAFTA mükafatıJane Eyre Awards Imdb.com saytında, Yoxlanılıb: 3 oktyabr 2014 Ən yaxşı drama Berri Letts, Culian Emyes CableACE AwardsCableACE Awards (1985) IMDB saytında Yoxlanılıb: 3 oktyabr 2014Ən yaxşı incəsənət istiqaməti üzrə video lentZila Klark Ən yaxşı video kaset Maykl EdvardsƏn yaxşı kostyum rəssamıQill Hardi
Ölkələrdə çıxış tarixi və adı Ölkə Çıxış tarixi Adı Dil Böyük Britaniya 9 oktyabr 1983 Jane Eyre ingilis dili İsveç 18 noyabr 1984 Jane Eyre isveç dili
Qalereya
Ədəbiyyat Brontë, Charlotte (16 October 1847). Jane Eyre. London, England: Smith, Elder & Co. p. 105. Lane, Margaret (1953). The Brontë Story: a reconsideration of Mrs. Gaskell's Life of Charlotte Brontë.
İstinadlar
Xarici keçidlər
Timoti Daltonun Rəsmi Səhifəsi Ceyn Eyr 1983 Eyreguide.bravehost.com
Kateqoriya:Ceyn Eyr Kateqoriya:Böyük Britaniya teleserialları Kateqoriya:1983-cü ilin teleserialları Kateqoriya:Tarixi teleseriallar Kateqoriya:BBC televiziya dramları