Love Is a Battlefield() — 1983-cü ildə Polşa əsilli ABŞ müğənnisi Pet Benatar tərəfindən ifa edilən sinqldır.Whitburn, Joel (2004). The Billboard Book of Top 40 Hits, 8th Edition (Billboard Publications), page 57. Musiqinin sözləri Holli Nayt və Mayk Çepmenə məxsusdur. Sinql ABŞ Billboard Hot 100 hit-paradında 5-ci yer, ABŞ "Billboard Hot Mainstream Rock Tracks" hit-paradında 1-ci yer, Niderland Dutch Top 40 və Avstraliya ARIA Charts hit-paradlarında 1-ci yer, Almaniya German Singles Chart hit-paradında 3-cü yer tutmuşdur. Mahnı Mart ayında 1985-ci ildə Böyük Britaniya UK Singles Chart hit-paradında 17-ci mövqe qazanmışdır. "Love Is a Battlefield" sinqlı Kanadada qızıl sertifikatı qazanmışdır. Mahnının prodüseri Neyl Ceraldo və Piter Kolemandır. Bu sinql Pat Benatarın ən yaxşı dörd sinqlından biridir. "Love Is a Battlefield" mahnısının bir çox kaver versiyası çıxmış və orijinal versiyanın uğurunu təkrarlaya bilməmişdir.

"Live from Earth" albomu 1979-cu ildə çıxarılan In the Heat of the Night () albomu Pet Benatar üçün böyük uğur olmuşdur. Ardınca çıxarılan albomlar ona məşhurluq gətirmişdir. 1983-cü il oktyabr ayında Pat Benatar Live from Earth () albomunu çıxarır. Bir neçə müddət sonra Pet Benatar albomun video versiyasını çıxarır. Bu versiyası disk formatından fərqlənirdi. Çox keçməmiş albom video DVD formatında istehsal edilmiş və adı dəyişilərək "Live from New Haven" () adı kimi istehsal edilmişdir.Amazon.com . Albomun bütün mahnıları onun bir çox mahnıları kimi Rok janrındadır. "Live from Earth" albomu 5 dəfə RIAA və CRIA mükafatlarına layiq görülmüş və ABŞ-də 13-cü mövqe tutmuşdur. Albomda 10 mahnı vardır. Bu mahnılardan hit-paradlarda yüksək mövqe tutan və Pat Benatarın ən yaxşı mahnıları siyahısına daxil olan "Hit Me with Your Best Shot" () və "Love Is a Battlefield" adlı mahnılardır. "Love Is a Battlefield" mahnısı onun musiqi karyerasında ən çox seçilən mahnılarından biri olmuşdur.Rəsmi sayt Pat Benatar.Pat Benatar Allmusic.com.Site d'un fan italien dédié à l'artiste.Pat Benatar Benatargiraldo.com. Mahnının janrı isə Rok və həmin dövrdə yeni populyarlıq qazanan Yeni dalğa janrlarındadır. Mahnı dövründə çox populyar olduğuna görə MTV musiqi kanalında göstərilmiş və "Ən yaxşı qadın üçün MTV Video Musiqi mükafatı" () nominasiyasına layiq görülmüşdür. Hətta bu mahnı ilə Maykl Cekson maraqlanmış və Benatar ona ifa etdiyi rəqsi izah etmişdir. Mahnı 1983-cü ildə Qremmi mükafatının "Ən yaxşı qadın rok-vokal" () kateqoriyasını qazanmışdır.Publisher A-Side: Chinnichap Publ. Ltd./Rak Publ. Ltd. — B-Side: Chrysalis Music Ltd.Taken From The Album: 'Live From Earth' — 205 771 Mahnı ilk dəfə Böyük Britaniyanın hit-paradında əvvəlcə 49-cu mövqe tutmuş, sonra isə 17-ci mövqeyə enərək məşhur olmuşdur.

Mahnının klipi Mahnı klipinin horeoqrafı Maykl Piters mahnının 1:40 dəqiqəsində peyda olur. Mahnıda gənc bir qızın həyatından danışılır. Gənc bir qız (rolu ifa edir: Pet Benatar) azad yaşamaq istədiyi üçün atası (rolu ifa edir: Trey Vilson) tərəfindən evdən qovlanılır. Bu zaman onu yuxarı mərtəbədən qəmli baxışlarla ondan yaşca kiçik olan qardaşı izləyir. Şəhərdə yaşayışını təmin etmək üçün qız gecə klubunda taksi-rəqqasə vəzifəsində çalışmağa başlayır. Burada çalışqdığı müddətdə qız qardaşına yeni düşündüyü həyat haqqında məktub yazır. Qardaşı isə məktubu oxuyur və üzündə təbəssüm hissi yaranır. Bir müddət sonra klubun sahibi rəqqasə qıza zərbə vurmaq istəyir, amma cavan qız buna imkan verməyərək ona uzun müddət qadın azadlığını və qadınların kişilərdən üstün olduğunu göstərir. Bütün rəqsçi qızlar cavan qızla sağollaşaraq buranı tərk edir və günün çıxmasına doğru gedir. Cavan qız şəhərdə hərəkət edən avtobusda bütün bu hadisələri yadına salır."Love Is a Battlefield" Songfacts.com , Yoxlanılıb: 11 yanvar 2011 Mahnı 2004-cü ildə çəkilmiş ABŞ filmi olan "13-dən 30-a" adlı filmdə səslənmişdir.

Kaver versiyalar "Love Is a Battlefield" mahnısının kaver versiyaları məşhur olmamışdır. 1984-cü ildə Pet Benatar tərəfindən ifa edilən "Love Is a Battlefield" mahnısının ilk kaver versiyası ifa edilir. Mahnının ifaçısı İngilis ifaçısı Kris Normandır. Mahnı gözəl ritmlə səslənsə də hit-paradlara düşə bilməmişdir. Müğənni Şer "Love Is a Battlefield" mahnısını orijinal variantda 1982-ci ildə "Love Hurts Tour" adlı konsertində ifa etmişdir. 1998-ci ildə mahnının ikinci kaver versiyası çıxır. Bu kaver versiyası remiks formasında ifa edilir. İfaçılar orijinal mahnını ifa edən Pet Benatar və Kuin Latifa olur. Mahnıda Kuin Latifa tərəfindən Rep sözləri vardır. 2002-ci ildə ABŞ-nin rok janrında ifa edən qruplarından biri olan Zwan tərəfindən "Love Is a Battlefield" mahnısının kaver versiyası ifa edilir. Mahnı gitarada ifa edilmiş və məşhur olmamışdır. 2005-ci ildə alman rep qrupu olan "Separate" qrupu tərəfindən mahnının yeni kaver versiyası ifa edilmişdir. İfa edilən bu versiya janrına görə nisbətən əvvvəlki versiyalardan fərqlənirdi. 2008-ci ildə isə "Love Is a Battlefield" mahnısının digər versiyası Kanadalı ifaçı olan Jann Arden tərəfindən ifa edilir. Mahnının adı "Love is a Battlefield — Brian and Justin" kimi səslənir. Bu mahnıda homoseksuallığa toxunan 2000-ci ildə ABŞ və Kanada istehsalı olunan "Yaxın dostlar" serialından fraqmentlər göstərilir. Həmçinin, mahnı 2004-cü ildə "SPARK [BE]" və 2010-cu ildə "Boombox Kids" musiqi qrupları tərəfindən uğurla ifa edilmiş, lakin dünya ölkələrinin hit-paradlarında məşhurluq qazana bilməmişdir. Pet Benatar tərəfindən ifa edilən "Love Is a Battlefield" mahnısının orijinal versiyası internetdə YouTube saytında ən çox izlənilən mahnılardan biridir.

Trek siyahısı 7" Single Chrysalis 105 939, 1983 Love Is A Battlefield 4:08 Hell Is For Childeren (Live) 6:05

12" Maxi Chrysalis 601 086, 1983 Love Is A Battlefield (Extended Version) 6:31 Hell Is For Children (Live) 6:00 Love Is A Battlefield (Instrumental) 5:20

Hit paradlarda yüksəldiyi pozisiya Pozisiya (1983)Yüksəldiyiyer U. S. Billboard Hot 1005 U. S. Billboard Hot Mainstream Rock Tracks1Pozisiya (1984)Yüksəldiyiyer ARIA Charts1 Dutch Top 401 German Singles Chart3Chartquellen: DE AT CH UK US Ultratop1 Swiss Music Charts11 Recording Industry Association of New Zealand6 Canadian Singles Chart2Pozisiya (1985)Yüksəldiyiyer UK Singles Chart17Quellen Chartplatzierungen: DE / UK/ US , abgerufen am 25. Dezember 2010.

İstinadlar

Xarici keçidlər Pat Benatar Pat Benatar İtalyanca EMI Artist Page Sanctuary Records Artist Page Chrysalis Music Group USA Neyl Ciraldonun Fan Saytı Neyl Ciraldo IMDB saytında

Kateqoriya:Pet Benatar mahnıları Kateqoriya:1983-cü ilin mahnıları Kateqoriya:1983-cü ilin sinqlları