Qaxaç qalası və ya Qaçalax qalası – Ağdərə rayonunun Kolatağ və Xocalı rayonunun Almalı kəndləri arasında, Qaxaçdağın zirvəzində yerləşən tarix-memarlıq abidəsi. Qaxaç qalasının ən qədim tikililəri yaxınlıqdakı Böyük Arran monastırının inşa dövrünə aiddir. Sonradan Ərəblərin Azərbaycana yürüşləri zamanı yerli xristian əhalinin müdafiəsi üçün qalanın yerləşdiyi dağ qala divarları ilə daha da möhkəmləndirilmişdir.
Qaxaç qalası təbii cəhətdən olduqca əlverişli xüsusiyyətə malik ərazidə inşa edilmişdir. Qalanın yerləşdiyi dağ hər tərəfdən sıldırım qayalarla əhatə olunmuş, yamac hissəsi isə sıx meşələrlə örtülmüşdür. Bu cür təbii landşaft qalanın uzaqdan görünməzliyini, yaxından isə əlçatmazlığını təmin edir.
Tarixi 260px|thumb|left|Qaxaç qalasından Kəlbəcər və Xocalı rayonları ərazisinə açılan mənzərə Qaladan Xaçın knyazlığının ərazisi olmuş ətraf kəndlərə, o cümlədən Böyük Arran monastırına yaxşı mənzərə açıldığına görə, son orta əsrlərə kimi Qaxaç qalası strateji əhəmiyyətə malik olmuşdur. Meşəni yerləşdiyi dağ zirvəsinin ətrafları, o cümlədən enişləri sıx meşələrlə örtülmüşdür. Mənbələrdə qala həm də Xaçın qalası adı ilə qeyd edilir. Tarixçi Moisey Kalankatlı "Alban ölkəsinin tarixi" adlı əsərində Mehranilər sülaləsinin son üzvlərinin taleyindən bəhs edərkən yazır:
Qaxaç qalasının ən qədim tikililəri yaxınlıqdakı Böyük Arran monastırının inşa dövrünə aiddir. Sonradan Ərəblərin Azərbaycana yürüşləri zamanı yerli xristian əhalinin müdafiəsi üçün qalanın yerləşdiyi dağ qala divarları ilə daha da möhkəmləndirilmişdir.
Memarlıq xüsusiyyətləri 260px|thumb|right|Qaxaç qalasının uzaqdan görünüşü Qaxaç qalası təbii cəhətdən olduqca əlverişli xüsusiyyətə malik ərazidə inşa edilmişdir. Qalanın yerləşdiyi dağ hər tərəfdən sıldırım qayalarla əhatə olunmuş, yamac hissəsi isə sıx meşələrlə örtülmüşdür. Bu cür təbii landşaft qalanın uzaqdan görünməzliyini, yaxından isə əlçatmazlığını təmin edir.
Bir qədər cənuba meyilli olan dağ sirvəzi qərb, şimal və şərq tərəfdən rəndələnmiş kimi düz formaya, 50–60 metr hündürlüyə malik sıldırım qayalarla əhatə olunub. Dağın cənub tərəfi bu baxımdan daha əlçatan olduğuna görə qalanın girişi də məhz bu tərəfdəndir. M. Barxudaryan təbii baxımdan daha zəif müdafiə edilən cənub tərəfin qala divarları ilə daha yaxşı möhkəmləndirilməsindən bəhs edərək yazır: "Cənub tərəfin hündür olmayan qayalıqları daş və əhəng məhlulundan inşa edilmiş qala divarları ilə möhkəmləmndirilmişdir. Anoloji hörgü yamacın bütün perimetri boyunca davam etdirilmişdir."
Uzaqdan dağ zirvəsi kiçik ərazi kimi görünsə də, qala, ətraf ərazilərin əhalisini sığındırmağa kifayət edərəck qədər geniş ərazini əhatə edir. Burada müxtəlif dövrlərə aid çoxlu sayda tikililərin qalıqları, gizli qapılar və yeraltı yollar, qayalarda yonulmuş tunellər və mazqallar dövrümüzə çatmışdır.
Dağ zirvəsində yerləşən və hücum zamanı əhalinin uzunmüddətli sığınacağı kimi nəzərdə tutulmuş qalanın su təchizatı mərkəzdə yerləşən iki iri hovuz vasitəsiylə həyata keçirilirdi. Qayanın içində yonulmuş bu hovuzlar yağış suyu ilə doldurulur və ehtiyat olaraq saxlanırdı. İçməli su isə dağın ətəyində yerləşən bulaqdan əldə edilirdi.
İstinadlar
Ədəbiyyat
Həmçinin bax Mehranilər Xaçın knyazlığı Xanabert qalası Çiləbürt qalası Böyük Arran monastırı
Kateqoriya:Xocalı rayonunun qalaları Kateqoriya:Ağdərə rayonunun qalaları Kateqoriya:Ağdərə rayonunun görməli yerləri Kateqoriya:Xaçın knyazlığı Kateqoriya:Qafqaz Albaniyasının memarlığı Kateqoriya:Ağdərə rayonundakı dini tikililər