Seyid Əbdülhüseyn Diba — Vəkiləllmülk kimi də tanınan 1888-ci ildə Təbrizdə dünyaya gəlib.مرسلوند، حسن؛ زندگینامه رجال و مشاهیر ایران ( 1299-1320ه.ش)، تهران، انتشارات الهام، چاپ اول، 1369، ج 3، ص 254. Atası Turab xan Azərbaycanın böyük kübar, zadəgan və torpaq sahiblərindən idi və Müzəffərəddin şah Qacar sarayında əzəmətli durumu var idi.Əmiləri Nizamülüləma Təbrizi, Mirzə Əsədulla xan Naziməddövlə, və Mahmud xan Əlaülmülk İran və Azərbaycanın böyük və görkəmli adamlarından idilər.عاقلی، باقر؛ شرح حال رجال سیاسی و نظامی معاصر ایران، تهران، نشر گفتار با همکاری نشر علم، چاپ 1، 1380، ج 2، ص 691. Əbdülhüseyn Təbrizdə ibtidai təhsil alandan sonra, təhsilin davam etdirmək üçün Fransaya göndərilmişdir. İqtisad və siyasi elmlər sahələrində təhsil almışdır, məzuniyətdən sonra İranın Parisdəki səfirliyində fəxri attaşe kimi xidmət etmişdir. Sonra İrana qayıtdi və xarici işlər nazirliyində yaxın qohumları həssas rəsmilərdə olmaqlarına görə konsol vəzifəsində Bakıya getdi. Bir Qafqazlı qız ilə evləndi ancaq Rusiya bolşevik inqilabından sonra həyat yoldaşı ilə İrana qayıtdi və Teymur Taşın yaxın adamlarından oldu.معتضد، ‌خسرو؛ پلیس سیاسی، تهران، انتشارات جانزاده، چاپ اول، 1366، ص 117. Teymur Taş,Əbdülhüseyn xan Dibanın xarici həyat yoldaşının adını bülbül qoymuşdur və ona fövqəladə diqqət və sevgisi varıdi.Əbdülhüseyn xan Dibanın xarici həyat yoldaşı Rus, Fransız, Alman və İngilis dillərini mükəmməl bilirdi.عاقلی، باقر؛‌ خاندانهای حکومتگر ایران، تهران، ‌نامک، چاپ دوم، ‌1386، ص 296. Bu məsələlərə görə Teymur Taş həmişə Sovetlərin kəşfiyyat xidmət orqanı (GPU) ilə əlaqələri olmağa təqsirləndirilirdi.فردوست، حسین؛ ظهور و سقوط سلطنت پهلوی، تهران، انتشارات اطلاعات، چاپ سوم، 1380، ج 2، ص 23. Bir müddətdə İzmirdə konsol vəzifəsində idi.Rza şah Pəhləvi dövründə bir müddət sarayın təftiş başçısı oldu.Milli Məclis Şurasının 7فرهنگ، عطاءالله؛ اسامی نمایندگان مجلس شورای ملی از آغاز مشروطیت تا دوره 24 قانونگذاری و نمایندگان مجلس سنا در هفت دوره تقنیه، چاپخانه مجلس شواری ملی، بی جا، 1356، ص 85. və 8فرهنگ، عطاءالله؛ اسامی نمایندگان مجلس شورای ملی از آغاز مشروطیت تا دوره 24 قانونگذاری و نمایندگان مجلس سنا در هفت دوره تقنیه، چاپخانه مجلس شواری ملی، بی جا، 1356، ص 99. dövürlərində Teymur Taşın yardımı ilə Xoy, Maku və Salmasın nümayəndələri idi.

Əbdülhüseyn xan Teymurtaşın mövqeyi zəifləyəndən sonra Rza şah Pəhləvi, Əbdülhüseyn xan Dibanı xaric etdi və O, Kirmanşaha sürgün oldu və sonra rüşvət almaq ittihamı ilə həbs olundu və 1939-cu ildə, 51 yaşında Məlayer həbsxanasında şübhəli olaraq vəfat etdi.مکی، حسین؛ تاریخ بیست ساله ایران، تهران، انتشارات علمی، چاپ اول، 1374، ج 5، ص 292-293.

İstinadlar

Qaynaqlar Ənvər Çingizoğlu, Diba ailəsi, "Soy" elmi-kütləvi dərgi, 2011, №10, səh.52-64. شرح حال رجال سیاسی و نظامی معاصر ایران (جلد دوم)-İranın müasir siyasi və hərbi xadimlərinin tərcümeyi-halları(2-ci cild) Diba ailəsi Baqirəlulum Tədqiqat İnstitutu

Xarici keçidlər

Əbdülhüseyn Diba Rasexun saytı

Kateqoriya:Təbrizdə doğulanlar Kateqoriya:İranda vəfat edənlər Kateqoriya:Dibalar Kateqoriya:Təbatəbailər