Əhməd xan Hacı Mirzə Əbdülkərim oğlu Maşayixi (1881–1969)—Təbriz şəhərinin başçısı.
Həyatı Əhməd xan Hacı Mirzə Əbdülkərim oğlu 1881-ci ildə Təbriz şəhərində doğulmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Müstəşarəssəltənə ləqəbini daşıyırdı. Bir müddət Daxili İşlər nazirliyində çalışmışdı. Sonra İsfahan valisi Şükrulla xan Qəvaməddövlənin yanında xidmət etmişdi. Oradan Borucərd hakimi vəzifəsinə təyin edilmişdi. 4-cü çağırışda İran Milli məclisinə vəkil seçilmişdi.
Əhməd xan Maşayixi Rza şah Pəhləvinin fərmanı ilə Təbriz şəhərinə başçı (mer) təyin edilmişdi. Sonra sıra ilə Zəncan, Kaşan və Qəzvin vilayətlərinin valisi olmuşdu. Oradan Tehran şəhərinə başçı gətirilmişdi.
Əhməd xan Maşayixi 1969-cu ildə Tehran şəhərində vəfat edib.
İstinadlar
Həmçinin bax Təbriz şəhərinin başçıları
Xarici keçidlər
Kateqoriya:Təbrizdə doğulanlar Kateqoriya:Tehranda vəfat edənlər Kateqoriya:İran parlamentinin üzvləri Kateqoriya:Zəncan hakimləri Kateqoriya:Qəzvin hakimləri