Xristian simvolikası — xristian kilsələri və icmaları tərəfindən zaman-zaman istifadə edilən nişanlar və rəmzlərdir.
Balıq, gəmi, lövbər, quş Simvolların əxsəriyyəti ən qədim zaman, hətta Xristianlıqdan öncə yaranmışdır. İlk Xristianlar simvolikadan geniş istifadə etmişlər. Daha sonra bu simvollardan rəsmi kilsələr istifadə etmişlər. 1. Balıq ilk xristian simvollarından biri olmuşdur. O, İsanın rəmzi mənasını daşıyırdı. Buna səbəb şəkildə göstərilən yunan hərflərinin abreviatursıdır (İXTUS). Bu abreviatur yunan dilində "Xilaskar İsa Məsih Tanrının oğludur" sözlərinin birinci hərflərindən yaranmışdır. "İXTUS" sözü isə yunanca balıq deməkdir. Eyni zamanda İsanın ilk ardıcıllarının bir neçəsi balıqçı olmuşdur. 200px 2. Gəmi və lövbər xristianlığın ən qədim simvollarından biridir. III əsrdə yaşamış məşhur Roma ilahiyyatçısı İppolit xristian kilsəsini "dalğalar üzərində üzən və heç zaman batmayan" gəmiyə bənzədirdi. Başqaları onu "nicat gəmisi" adlandırırdılar. 200px 3. Xristianlığın ən qədim simvollarından biri də Quşdur (Luka 12:6–7). Tanrının daim insanın yaxınlığında olmasınından xəbər verir. Məsələn, göyərçin Müqəddəs Ruhun rəmzidir, sərçənin təsviri isə Tanrının ən xırda şeylərdən belə xəbərdar olduğunu göstərir. 100px
Xaç (çarmıx) Xaç (çarmıx) İsanın edam edildiyi alətin təsviridir. Bu rəmz xristianlıqdan öncə qədim Misirdə həyat simvolu olmuşdur. Xaçın yuxarısında olan dairə qadın, aşağı hissəsi isə kişi başlanğıcını simvolizə edir. 60px|center Ən sadə və geniş yayılmış xaç latın xaçıdır. Müasir zamanda bu xaç daha da çox protestantların rəmzidir. Xaçın üzərində çarmıxa çəkilmiş İsanın təsviri isə ortodoks (pravoslav) və katolik kilsələrinin rəmzidir. 60px|center Hər tərəfi eyni ölçüdə olan yunan xaçı. Rəvayətlərə görə bu formada olan xaçda İsanın həvarilərindən biri olan Andreas edam edilmişdi. 60px|center Qolqofa (İsanı edam edilən təpəliyin adı) xaçı və ya pilləli xaç. 60px|center Rus ortodoks (pravoslav) kilsəsinin xaçı. Yuxarıdakı xət İsanın edam vaxtı başının olduğu yeri mənasını daşıyır. Aşağıdakı əyri xətin mənası bilinmir. Lakin ola bilər ki, o yuxarıda göstərilər yunan xaçının fraqmentidir. 60px|center Roma papalarının xaçı, onların rəsli simvoludur. Təsvir olunmuş üç xətt papazların hakimiyyətinin üç dayaqlarının rəmzləridir: kilsə, dünya və göylər. 60px|center Səkkiz guşəli xaç suyuna salınma mərasiminə aid olan xaç. Dirçəlişin rəmzidir. Yunan xaçına bənzər yan xətləri "Xİ"(Ksi) adlanan yunan hərfidir (Xristos sözünün baş hərfi). 60px|center Qələbənin rəmzi olan Yunan xaçı. Yuxarıda olan hərflər yunanca "İsa" və "Xristos" sözlərinin baş hərfləridir. Aşağıda isə "NİKA" (qalib) sözü yazılmışdır. 60px|center Yeruşalaim (Qüds) xaçı xaçlıların dövründə Qüdsdə Latın krallığının rəsmi gerbi olmuşdur. Barada böyük xaç İsa Məsihin şəxsiyyətini, onun ətrafında olan dörd xırda xaçlar isə dünyanın dörd guşəsində dörd İncilin bəyan edilməsini simvolizə edir. 60px|center
Labarum Labarum imperator Konstantinin bayrağı olmuşdu. Onun hakimiyyəti dövründən başlayaraq Xristianlığın rəmzinə çevrilmişdir. Bayrağın üzərində "Xristos" sözünün yunanca ilk iki hərfi və "Hoc vince" (Bununla qələbə çalacağıq) sözləri yazılmışdır. right Rəvayətlərə görə 312-ci ildə Milviya körpüsü yaxınlığında baş verən döyüşdən öncə imperator Konstanin və onun 40 minlik ordusu göydə böyük bir xaçı gördülər. Bu xaç hətta günəşi də bağlamışdı.
Başqa rəvayətə görə, bu döyüşdən öncə Konstantin yuxuda labarumumu görərək "In hoc signo vinces" (Bu rəmzlə qələbə çalacaqsan) sözlərini eşitmişdi. Bu yuxunu görəndən sonra, Konstantin öz əskərlərinə gördüyü labarumu öz qalxanlarının üzərində təsvir etməyi əmr etmişdi. Bu döyüş onun qələbəsi ilə bitmişdi və bundan sonra Konstantinus roma imperatoru olmuşdu. Onun hakimiyyəti dövründə də Xristianlıq dövlət dini statusunu almışdı.
Günümüzdə də hərbi və dövlət simvolları kimi labaruma bənzər rəmzlərdən istifadə edilir.
Mənbə
Ədəbiyyat
Symbols in Christian Art and Architecture Comprehensive general listing. Christian Symbols Net Very comprehensive site, complete with search engine. Christian Symbols and Glossary (keyword searchable, includes symbols of saints) ReligionFacts.com: Christian Symbols Basic Christian symbols A to T, types of crosses, number symbolism and color symbolism. Meaning of Colors for Flags Biblical meanings of color used for Christian worship flags. Color Symbolism in The Bible An in depth study on symbolic color occurrence in The Bible. Christian Symbol Wood Carvings Forty symbols at Kansas Wesleyan University Old Christian Symbols from book by Rudolf Koch Christian Symbols, Origins and Meanings Tree of Jesse Directory by Malcolm Low. Chrismon Templates Symbol outlines that can be used to create Christian themed projects Christian Symbols and Variations of Crosses — Images and Meanings PreachingSymbols.com Ways Christian Symbols are used in worship Негин А. Е. Христианская символика в римской армии IV века // Проблемы антиковедения и медиевистики. Вып. 2.: К 30-летию кафедры истории Древнего мира и Средних веков Нижегородского государственного университета им. Н. И. Лобачевского. Н. Новгород, 2006. С. 144–152.
Bibliya simvolikası Bibliya simvolikası — Bibliyada istifadə olunan bədii obrazlara, yüksək ruhsal anlayış və gerçəklikləri ifadə edən işarələrə Bibliya simvolikası deyilir. Bibliyadakı simvollar, sözlə ifadə olunmaz gerçəklikləri ifadə etmək, bu dünyaya aid olan söz və obrazlar vasitəsilə İlahi varlığın sirlərini açıqlamaq üçün işlənən vasitələrdir.
Sözlərlə ifadə olunan simvollar Bunlara ilk əvvəl Müqəddəs Kitabda olan Tanrının adları, antropomirfizm və sosiomorfizmlər, habelə Bibliya naturomorfizmləri daxildir. Bibliyanın ilk fəsillərindəMüqəddəs Kitab (Əhdi-Ətiq və Əhdi-Cədid). Müqəddəs Kitab şirkəti. Bakı, 2009. Yaradılış Kitabı 1–3 dünyanın yaranması və ən qədim tarixin sirləri, eləcə də Bibliyanın axırıncı kitabındaMüqəddəs Kitab (Əhdi-Ətiq və Əhdi-Cədid). Müqəddəs Kitab şirkəti. Bakı, 2009. Yəhyaya nazil olan Vəhy dünyanın gələcəyi simvollarla təsvir olunmuşdur. Müqəddəs Kitabda "məkan" ilə əlaqəli olan obrazlar da simvolik xarakter daşıyır ("Göylərdə" olan Tanrı; dünyamıza "gələn, enən" Məsih). Ruhsal sirləri elmi dillə açıqlamayan simvolların əsas xüsusiyyəti, bu dünyadan pərdələnən ruhani aləmin gerçəkliklərini ötürmək qabiliyyətidir.
Əşyalarla ifadə olunan simvollar Bunlara Əhdi-Ətiq dövründə ibadət üçün istifadə olunan müqəddəs əşyalar, məsələn Tanrının Öz xalqının arasında olmağına işarə edən Əhd Sandığı və Hüzur Çadırı kimi maddi obyektlər daxildir. Əhdi-Ətiqdə məbədin quruluşu (yeddi çıraqÇıxış Kitabı 25:31–34, tuncdan hovuz1 Padşahlar Kitabı 7:23 və s.) Tanrının izzəti ilə dolu olan Kainatın rəmzlərindən ibarətdir. Xristian mərasimlərində işlənən maddi elementlər də Əhdi-Cədidin simvollarına əsaslanır.
Hərəkətlərlə ifadə olunan simvollar Müqəddəs Kitabda peyğəmbər və möminlərin Tanrı-Taalanın qarşısında özlərini simvolik hərəkətlərlə ifadə etdiklərini, Tanrının dediyini bəyan etmək üçün dramatik hərəkətlərdən istifadə etdiklərini görə bilirik. Musa və Yeşua Müqəddəs yerdə duranda, ayaqlarından çarıqlarını çıxardırdılar.Bax: Çıxış Kitabı 3:5; Yeşua 5:15 Süleyman məbədin təqdis edildiyi zaman dua edəndə əllərini göyə açdı.1 Padşahlar Kitabı 8:22 Yeremya peyğəmbər Yerusəlimin Babilə təslim ediləcəyini elan etmək üçün boynuna boyunduruq taxmış xalqın arasında gəzirdi.Yeremya 27:1–2 Əhdi-Ətiqdə bu kimi simvolik hərəkətlər saysız-hesabsızdır.
Əhdi-Cədiddə də İsa Məsihin simvolik hərəkətlərini görürük. Məsələn, İsa Məsih bar gətirməyən əncir ağacını lənətlədiyi zaman, tövbə və iman meyvəsini verməyən insanın ruhən ölü vəziyyətini göstərmişdir.Matta Mujdəsi 21:18–19 İsa Məsih axırıncı şam yeməyində bir çoxları uğrunda axıtdığı qanı ilə Yeni Əhdi bağlayanda bu şam yeməyini simvolik bir hərəkətə — xristian kilsəsi üçün müqəddəs mərasimə döndərmişdir.
Rəqəmlərlə ifadə olunan simvollar Müqəddəs Kitabdakı bəzi rəqəmlər simvolik olduğuna görə dəqiq deyil, şərti xarakter daşıyır. Məsələn, 40 rəqəmi mühüm bir hadisədən öncə hazırlıq dövrü göstərən simvol kimi işlənir. Nuhun dövründə böyük daşqın 40 gün davam etdiYaradılış Kitabı 7:4, Musa Sina dağında 40 gün qaldıÇıxış Kitabı 24:18, İsrail oğulları 40 il səhrada dolaşdıSaylar Kitabı 14:34, İlyas peyğəmbər Tanrının dağına qırx gün-qırx gecə yol getdi1 Padşahlar Kitabı 19:8, İsa Məsih 40 gün səhrada oruc tutduMatta Müjdəsi 4:2. Bundan əlavə, bir nəslin ömrü 40 il sayılırdı.
12 rəqəmi seçilmişlər mənasını verirdi (İsrailin 12 qəbiləsi, Məsihin 12 həvarisi, qəbilələrin hərəsində 12 min seçilmişlərVəhy 7:4–8).
10 rəqəmi tamlığın rəmzidir. Məsələn, Misir xalqına verilən 10 cəza, Tanrının 10 əmri, 15-ci Məzmurda müqəddəs məskənə yaxınlaşmaq üçün 10 şərt.
Müqəddəs Kitabda tamlığı, kamilliyi göstərmək məqsədilə daha çox işlənən simvol 7 rəqəmidir. Yaradılış Kitabı 1-ci fəsildə dünyanın yaranması 7-ci gündə istirahətlə tamamlanır; 10-cu fəslə əsasən, bütün millətlər 70 əcdadlardan əmələ gəldi. İsa Məsihin həvariləri 7 köməkçinin seçilməyini təşkil edirlərHəvarilərin İşləri 6:3, Vəhy Kitabında 7 imanlılar cəmiyyəti və 7 ulduz haqqında danışılır.
4 rəqəmi dünyanın 4 əsas səmtinə görə "ümumdünya" mənasına gəlir. Buna görə, cənnətdən çıxan çay 4 qola bölünürdüYaradılış Kitabı 2:10–11, Yezekel peyğəmbərin görüntüsündə Səmavi Çadırı daşıyan simvolik 4 varlığın hər birinin 4 üzü və 4 qanadı var idiYezekel 1:5–10; müqayisə et: Vəhy 4:6.
3 rəqəmi Müqəddəs Kitabda Tanrının üçlü vahid təbiətini simvolizə edirYaradılış Kitabı 18-ci fəsildə 3 mələk İbrahimin yanına gəlir; Yeşaya 6:1–3-də Tanrının müqəddəsliyi 3 dəfə məhd edilir; Matta Müjdəsi 28:19-da Ata, Oğul və Müqəddəs Ruh adı ilə vəftizdən bəhs olunur; Vəhy 1:8-də Tanrı keçmiş, indiki və gələcək zamanın Hökmdarı kimi göstərilir, xilas tarixinin mühüm mərhələlərini ifadə edir.Məsih öləndən üç gün sonra dilirdi – Huşə 6:1–2; Matta Müjdəsi 16:21
Simvolik rəqəmlərin xüsusi bir növü kriptoqrammadır (yunan dilindən "gizli yazı"). Bir misal kimi, İbrani dilində David דָּוִד (Davud peyğəmbər) sözündəki hərfləri rəqəm olaraq 14-ə bərabərdir (7+7). Bu isə öz növbəsində, Məsihin doğulmasından əvvəlki 3 böyük dövrdəki nəsillərin sayına uyğun gəlirMatta Müjdəsi 1:17.
Mənbə Мень А. протоиерей "Библиологический словарь в 3-х т.". Москва: Фонд имени Александра Меня, 2002. "Символы библейские", "Символические действия", "Символические числа библейские" http://krotov.info/spravki/temy/s/simvol.html
İstinadlar
Kateqoriya:Xristianlıq Kateqoriya:Xristianlıq tarixi Kateqoriya:Simvollar Kateqoriya:Xristianlıq simvolizmi Kateqoriya:Ekklesiologiya Kateqoriya:Erkən xristian incəsənəti Kateqoriya:Xristian ikonoqrafiyası