Ağa Ələkbər Ağa Səməd oğlu Təbrizi () — İran diplomatı.
Həyatı Ağa Ələkbər Ağa Səməd oğlu Təbriz şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. O, Nasirəddin şah Qacar hakimiyyəti dövrünun ictimai xadimləri icərisində öz bacarığı və nüfuzu ilə seçilən şəxsiyyət idi. Mükərrəməssəltənə ləqəbini daşıyırdı. Ağa Ələkbərin ailəsi Azərbaycanın tanınmıs sulalələrindən olub, sonra Mümtaz adlanırdı. Atası Ağa Səməd sərraf olsa da, savadı ilə seçilirdi.
Xarici İslər nazirliyinin əməkdaşı idi və İranı bir sıra xarici dövlətlərdə diplomat kimi təmsil etmişdir. İstanbul şəhərində konsul olmuşdu.
Ağa Ələkbər Təbrizi sonra Tehran şəhərinə dönmüş, Xarici İslər nazirliyində şöbə müdiri kimi çalışmışdı.
Ailəsi Ağa Ələkbər Təbrizi İsmayıl xan və Səməd xan adlı oğlanları vardı.
Mənbə Ənvər Çingizoğlu, Qacarlar dövrünün diplomatları, Bakı, "Mütərcim", 2012. 334 səh.
İstinadlar
Həmçinin bax
Xarici keçidlər
Kateqoriya:Mümtazlar Kateqoriya:İran diplomatları Kateqoriya:İran siyasətçiləri Kateqoriya:İran azərbaycanlısı siyasətçilər