Məzmun Fil balası özündən balacaları incidir, nəhəngliyi ilə öyünüb heç kəslə hesablaşmaq istəmir. Lakin ondan çox-çox kiçik olan arıların hücumuna məruz qaldıqdan sonra öz əməlindən peşimançılıq çəkir. Başa düşür ki, başqalarını incitmək olmaz. Bu, pis və eybəcər hərəkətdir.

Film haqqında Bu şən və ibrətamiz cizgi filmi uşaqlar üçün nəzərdə tutulmuşdur.

Filmin heyəti

Film üzərində işləyənlər Rejissor: Əsgər Məmmədov Ssenari müəllifi: Əli Səmədov Quruluşçu rəssam: Elçin Axundov Operator: Antonina Korotnitskaya Bəstəkar: Rauf Əliyev Səs operatoru: Marat İsgəndərov Cizgi rəssamı: Rauf Dadaşov, Bəhmən Əliyev, Gülşən Quliyeva, Yuri Meşşeryakov, Arifə Hatəmi, Firəngiz Quliyeva, Solmaz Hüseynova Rəssam: Tamilla Əsgərova (T.Əsgərova kimi), Hüseyn Cavid İsmayılov, Bəhram Qaflanov, Azər Qaryağdı Mahnıların mətni: Ramiz Rövşən

Filmi səsləndirənlər Nuriyyə Əhmədova R.Sabitova Q.Lunev

Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 317.

Xarici keçidlər Filmi izlə

Kateqoriya:1987-ci ilin Azərbaycan filmləri Kateqoriya:Qısametrajlı cizgi filmləri Kateqoriya:Uşaq filmləri Kateqoriya:Heyvanlar haqqında cizgi filmləri