Sultanəli xan Vəziri-Əfxəm (1882-1914)—İranın baş naziri.

Həyatı Sultanəli xan Məhəmməd xan Salarülmülkün oğlu və Mirzə İbrahim xan Zəhirəddvölə Qacarın qız nəvəsi idi.O, Azərbaycanın vergi agenti (mustovfisi) idi. Sonra Xalxalın hakimi oldu və Şatıranlı və Şahsevən tayfalarının fitnə və fəsadlarının aradan qaldırılması üçün effektiv tədbirlər gördü.Nasirəddin şah Qacarın ölümündən sonra,hesablamalar naziri oldu və bir il sonrada Yəzdə başçılıq etdi.Eynəddövlə və Müşirəddövlə kabinetlərində daxili işlər naziri idi.Mirzə Nəsrulla xan Müşirəddövlənin istefasından sonra,baş nazir oldu.بامداد، مهدی؛ شرح حال رجال ایران، تهران، گلشن، چاپ سوم، 1362، ج2 ، ص 102 O, tarixdən bəri "sədr əzəm" ləqəbinin yerinə, baş nazirə"riyasate vozəra"(nazirlərin rəisi) deyildi.Mirzə Sultanəli xan Vəziri-Əfxəm, nazirlərin rəisi olmaqdan başqa həm də daxili işlər naziri vəzifəsini daşıyırdı.کسروی، احمد؛تاریخ مشروطه ایران، تهران، آگاه، چاپ چهارم، 1378، ص 243 - 244

1907-ci ildə, nümayəndələr yekdilliklə, onun işdən kənarlaşdırılmasına səs verdilər və beləliklə, Əfxəmin təxminən qırx günlük hökuməti tamamlandıهدایت، مهدی قلی؛ خاطرات و خطرات، زوار، تهران، چاپ دوم، 1344، ص 155.کسروی، احمد؛تاریخ مشروطه ایران، تهران، آگاه، چاپ چهارم، 1378، ص 267. Vəziri-Əfxəm işdən kənarlaşdırılmadan sonra,Məhəmmədəli şah Qacar əmri ilə dərbar (saray) naziri oldu.

Sultanəli xan Vəziri-Əfxəm 1914-ci ildə vəfat etdi.

Vəziri-Əfxəm böyük əmlak sahiblərindən idi və Zəncan və Kirmanda çoxlu əmlakı vardi.Onun törəmələrinin bəzisi "Əfxəmi" və bəzisi isə "Əfxəm-İbrahimi" soyadını daşıyırlar.نوائی، عبدالحسین؛ دولتهای ایران از آغاز مشروطیت تا اولتیماتوم، تهران، بابک، چاپ اول، 1355، ص 12.

İstinadlar

Həmçinin bax

Xarici keçidlər Sultanəli xan Vəziri-Əfxəm Baqirəlulum Tədqiqat İnstitutu

Kateqoriya:İran baş nazirləri Kateqoriya:Tehranda doğulanlar Kateqoriya:Tehranda vəfat edənlər Kateqoriya:İran Məşrutə inqilabı şəxsləri Kateqoriya:XX əsr İran siyasətçiləri