thumb|right|200px|Bakı Beynəlxalq Caz Festivalının afişi Bakı Beynəlxalq Caz Festivalı – Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Mədəniyyət Fondu və "Jazz Dünyası" jurnalı tərəfindən təşkil edilən layihədir. Bakı Beynəlxalq Caz Festivalı 2005-ci ildən keçirilir. Festivalda həm xarici həm də yerli caz ulduzları iştirak edir. Bakı Beynəlxalq Caz Festivalı - təhsil(seminarlar və master-klasslar), “Uşaqlar caz günü”, müsabiqə("Ən yaxşı caz ifaçısı"), incəsənət və foto sərgilər, dünya caz ifaçıların caz konsertləri və başqa tədbirlərdən ibarət olan forum və musıqı festivalıdı.
İlk növbədə, Bakı Caz Festivalı ölkələr arasında mədəni töhfəni gücləndirmək və genişləndirmək, eləcə də dünya ölkələrinin mədəni irsini tədqiq etmək üçün böyük imkandır. Bundan başqa, Bakı Caz Festival XX-ci əsrin görkəmli xadimləri tərəfindən təsis olunan Azərbaycan cazın tarixini qorunması və davam etdirilməsi üçün çalışır.
Tədbir çərçivəsində musiqiçilər Beynəlxalq Muğam Mərkəzində, Bakı Filarmoniyasında, Heydər Əliyev sarayında eləcə də Caz Mərkəzində konsert proqramları ilə çıxış edir.
2016-cı ildə, Bakı Caz Festivalı Avropa Caz Birliyinə (European Jazz Network EJN) daxil olunub.
2005
2005-ci ilin aprel ayının əvvəlində başlayan birinci festival həm iştirakçıların goqrafiysası, həm də onların səviyyəsi ilə fərqləndi: caz bayramında ABŞ, Rusiya, Almaniya, Fransa, Türkiyə, Kanada və başqa ölkələrədən həm cavan, həm də təcrübəli və tanınımış caz ustaları iştirak edirdi. Festivalın əsas qonağı isə məşhur Co Zavinul Sindikatı idi. 5 - 12 Aprel 2005-ci ildə keçirdilən Bakı Caz Festivalın iştirakçıları: Debora Karter Emil Afrasiyab Triosu Orient Ekspress Yakov Okun Kvartetı Svetlana Məhərrəmova Vagif Sadihov Triosu Savab Qrupu Tbilisi Jazz Triosu Christof Busse Triosu Ələsgər Abbasov Qrupu Bəri Bax Vokal Qrupu Katya Surikova Triosu Şahin Növrəsli Triosu Arzu Huseynov Kvarteti Cavan Zeynallı Kvarteti Freyzer Fifield Emil Ibrahim Arena Jazz Orchestra Timuçin Sahin Qreg Osbi Trio Rain Sultanov Qrupu Udai Mazumdar The Zawinul Syndicate Qeoffroy De Masure 'Tribu' 2006 Festival-2006 dünya cazının ifaçıları(Portuqaliya, İtaliya, İsrail, ABŞ, Almaniya, Kanada, Rusiya və b.), dəfələrlə ən nüfuzlu Qremmi mükafatına layiq görülmüş Herbi Henkok və El Cerruonun konsertləri ilə yadda qaldı. Qeyd etmək lazımdır ki, məhz bizim şəhərimizdə Herbi Henkok ilk dəfə olaraq öz yeni proqramını təqdim etdi. Birinci Festivaldan fərqli olaraq, 2006-cı ildə cavan musiqiçilərin çıxışları üçün iki gün ayrılmışdır. “Baku Jazz Festival 2006” altı meydanda - Bakı Caz Mərkəzində, Heydər Əliyev adına Sarayda, Şövkət Məmmədova adına Opera Studiyasında, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, «1033» klubunda və Fəvvarələr meydanındakı açıq səhnədə keçirilib. Tbilisi Jazz Triosu Cavan Zeynalli Triosu Şay & Roni Accabbanna Al Carrou Rafig Vəlimətov Qrupu Elnarə Həsənli Arena Jazz Orchestra Savab Barbara Lea Meyer Emil Afrasiyab Triosu Rauf Sultanov Kvarteti Qaçaqaç Emil Ibrahim Kvarteti Rain Sultanov Bobo Stenson Triosu Şahin Növrəsli Triosu Maria Joao Kvarteti Herbi Hankok Kvintetı 2007 thumb|right|200px|Əzizə Mustafazadə 3-cü Bakı Beynəlxalq Caz Festivalında çıxışı İyun ayının 7-dən 14-dək növbəti, sayca 3-cü Bakı Beynəlxalq Caz Festivalı keçıirimişdir. Artıq ənənəvi olmuş caz bayramına dahi azərbaycan caz musiqiçısi Vaqif Mustafazadənin qızı Əzizə Mustafazadə də gəlmişdi. O nəinki Opera və Balet Teatrında əvvəldən nəzərdə tutulmuş konsertlə çıxış etmişdir, hətta səfər proqramında əvvəldən nəzərdə tutulmamış və öz fəaliyyətində ilk dəfə açıq havada Festivalın yekun Qala-konsertində də çıxış etmişdir. Əzizə Mustafazadə Billi Kobham Hiram Bullok Denis Cannah Mark Tyorner ZJazz Quartet Omar Volcano Group Cler Maykl Djabe Group İrina Rodiles Yakov Okun Saşa Maşın
2009 21 - 27 Oktyabr 2009-cu ildə keçirdilən Beynəlxalq Bakı Caz Festivalın iştirakçıları: Riçard Bona Brentford Marsalis Emir Elsəfər Salman Qəmbərov Vasumati Badrinathan Jazzinho Dzihan & Kamien
2010
16 - 30 Oktyabr 2010-cu ildə keçirdilən Beynəlxalq Bakı Caz Festivalın iştirakçıları: Al Di Meola Diana Rivs Mayk Meynieri Stiv Qadd Monti Aleksandr Met Byanko Salman Qəmbərov Rain Sultanov İsfar Sarabski Şakatak Qrupu "Yeni adlar" Cəmil Əmirov Emin Afrasiyaboğlu və Artut Dudkeviç Omar Vijay Iyer Triosu Erik Vloemans və Emil İbrahim Keyko Matsui Jazzamor Toni Levin Varren Bernhart Devid Spinoza
2011 thumb|right|350px|Bakı Beynəlxalq Caz Festivalının 2011-ci ilin afişi 18 - 28 Oktyabr 2011-ci ildə keçirdilən Beynəlxalq Bakı Caz Festivalın iştirakçıları: Marsio Farako Rudreş Mahanthappa Dephazz Sonni Emori Ben Vestbih Amina Figarova Qrupu
2012 16 - 25 Oktyabr 2012-ci ildə keçirdilən Beynəlxalq Bakı Caz Festivalın iştirakçıları:
Mayk Stern Tofig Cabarov Qrupu Qonzalo Rubalkaba Yalçin Adigözəlov & Tunzalə Ağayeva Vyaçeslav Gryaznov Şirinov Karnas Əfgan Rasul Triosu H3O Glen Miller Orchestra Yiorgos Psihoyios Aleksandr Maşin Karmen Souza Rain Sultanov David Mazanaşvili Trio Luciano Biondini Trio Salman Qəmbərov İsfar Sarabski Kool & the Gang Esra Dalfidan Buta Kamera Chour Zaur Mirzəyev
2013 23 - 02 Noyabr 2013-cü ildə keçirdilən Beynəlxalq Bakı Caz Festivalın iştirakçıları: Coşua Redman Kenni Qaret Avişai Kohen Markus Miller Bob Ceyms Devid Sanborn Christof Keç 2014 19 - 30 Oktyabr 2014-cü ildə keçirdilən Beynəlxalq Bakı Caz Festivalın iştirakçıları:
Kreg Taborn Trio Terri Layn Karrington Elçin Şirinov Qrupu Rast Terens Blançard Cəmil Əmirov Qrupu Anat Kohen Kvarteti Etibar Əsədli Group Zaur Mirzəyev Mişel Kamillo Rain Sultanov Qrupu New Jazz Names Trilok Qurtu Stenli Klark Cangi Arslan Növrəsli Qrupu
2015
Bakı Beynəlxalq caz festivalı 2015, 25 oktyabrdan 3 noyabra-dək davam etmişdir. Festival çərçivəsində təşkil olunan konsertlər Heydər Əliyev Sarayında, Müslim Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, Beynəlxalq Muğam Mərkəzində, Azərbaycan Dövlət Mahnı Teatrında təqdim olunub.
ProqramTarixİfaçılarMəkan25 oktyabr, saat 20:00Diana KrallHeydər Əliyev Sarayı26 oktyabr, saat 20:00Salman Qəmbərov və qrupuBeynəlxalq Muğam Mərkəzi27 oktyabr, saat 20:00Four Play qrupuHeydər Əliyev Sarayı28 oktyabr, saat 20:00Cəmil Əmirov və qrupuR.Behbudov adına Mahnı Teatrı30 oktyabr, saat 20:00Charles LloydHeydər Əliyev Sarayı31 oktyabr, saat 20:00Emil Əfrasiyab və qrupuAzərbaycan Dövlət Filarmoniyası1 noyabr, saat 20:00İsfar Sarabski və qrupuHeydər Əliyev Sarayı2 noyabr, saat 19:00Estrada OrkestriR.Behbudov adına Mahnı Teatrı3 noyabr, saat 20:00Ntjam RosieAzərbaycan Dövlət Filarmoniyası
2016 22-30 Oktyabr Beynəlxalq Bakı Caz Festivalın çərçivəsində incəsənət və fotosərgilər, ustad dərsləri, Vaqif Mustafazadəyə həsr olunmuş "Mənim tanıdığım Vaqif" filminin nümayişi və "Uşaq caz günü" müsabiqəsi keçirilib. Festivalın proqramında:
Antonio Lizana kvarteti (İspaniya) Plunge qrupu (İsveç) Pierre de Tregomain kvarteti (Fransa) Debora Karter kvinteti (Hollandiya) Eren Coşkuner kvarteti (Türkiyə) Linley Marthe & Friends qrupu (Fransa) Bakı Caz Müsabiqəsinin qalibləri Dinovski və Schuberth Dueti (Makedoniya, Avstriya) Albert Hera (İtaliya) Omar (Böyük Britaniya) Tord Gustavsen kvartet (Norveç) Levan Kemularia triosu (Gürcüstan) Rain Sultanov İsfar Sarabski Sebastiyan Studnitski triosu (Almaniya) Sebastiyan Studnitski & String (Almaniya-Azərbaycan) "Djabe" qrupu (Macarıstan) "Takumi`s Trick with Asian Friends" (Yaponiya) Dainus Pulauskas (Litva) Qrzeç Piotrovski & Sebastiyan Vipiç (Polşa) "Musica Ficta" qrupu (Kolumbiya) Denise Fontoura & DJ Seegweed (Braziliya-İsveç) Maya Barataşvilinin (Gürcüstan)
2022 2022-ci il noyabrın 15-dən 22-dək XVII Bakı Beynəlxalq Caz Festivalı keçirilib.
İştirakçılar arasında:
• Grammy mükafatını qazanan Greqory Maret
• Eloiza Lourenso
• Mayk Del Ferro
• Joqef Şetritin kollektivi
• Maykl Şifelin qrupu
• Federiko Kasaqrande və Fulvio Siqurta dueti
İstinadlar
Xarici keçidlər Festival videos shot by EURONEWS
Kateqoriya:Azərbaycan caz festivalları Kateqoriya:Azərbaycan musiqi festivalları Kateqoriya:Azərbaycan cazı Kateqoriya:Azərbaycan musiqisi Kateqoriya:2005-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:Bakı mədəniyyəti Kateqoriya:Bakının görməli yerləri