Rafiq Abbasov () — Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru.
Həyatı Abbasov Rafiq Qoşunəli oğlu 1960-cı ildə Azərbaycan Respublikasının Şahbuz rayonunun Mahmudoba kəndində anadan olmuşdur. 1988-ci ildə Moskva Ümumittifaq Maliyyə-İqtisad İnstitutunu, 1996-cı ildə Rusiya Federasiyası DİN-in Hüquq İnstitutunu bitirmişdir.
1979–1981-ci illərdə Silahlı Qüvvələrin sıralarında həqiqi hərbi xidmət keçmişdir. 1985-ci ildən daxili işlər orqanlarında xidmət edir, ictimai təhlükəsizlik strukturunda müxtəlif vəzifələrdə işləmişdır.
1996–2001-ci illərdə Sumqayıt ŞPİ-nin rəis müavini, 2001–2002-ci illər ərzində Bakı şəhər Binəqədi RPİ-nin rəis müavini, 2002–2004-cü illərdə Zaqatala RPŞ-nin, 2004–2006-cı illərdə Lənkəran ŞRPŞ-nin rəisi, 2006–2007-ci illərdə DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, 2007–2014-cü illərdə isə Bakı şəhər Baş Polis İdarəsinin rəisi vəzifələrində calışmışdır.
2014-cü ilin noyabrından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsinin rəisi vəzifəsindədir.
Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2006-cı il tarixli 1545 nömrəli Sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif olunmuşdur.
Azərbaycan Respublikasının Prezidentinin 28.12.2007-ci il tarixli 2606 nömrəli Sərəncamı ilə polis general-mayoru xüsusi rütbəsi verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2018-ci il tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur.
Ailəlidir, iki övladı var.
İstinadlar
Kateqoriya:Azərbaycanlı generallar Kateqoriya:Azərbaycan generalları Kateqoriya:Azərbaycan hüquqşünasları Kateqoriya:Azərbaycanlı hüquqşünaslar Kateqoriya:Bakı Şəhər Baş Polis İdarəsinin rəisləri Kateqoriya:Azərbaycan DİN İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisləri Kateqoriya:Azərbaycan DİN Baş Kadrlar İdarəsinin rəisləri