thumb|Ordubad rayonunda qəbiristanlıq Qəbiristanlıq və ya məzarlıq — ölülərin dəfn edildiyi ümumi ərazi.
Sözün mənşəyi Azərbaycan dilində qəbir sözü qədim Akkad dili və İvrit dili ilə qohumdur. Belə ki, Akkad dilində qebēru , qebru, qubūru, qubirtu, qabbiru, naqbaru və İvrit dilində qever sözləri eyni məna ilə istifadə olunub.http://assyrianlanguages.org/akkadian/dosearch.php?searchkey=q%C4%93biru&language=rawakkadian
İbtidai-icma quruluşu zamanı, ölülər evlərin yaxınlığında, arasında və ya içərisində dəfn edilirdi. Bu dövrlərdə geniş məzarlıqlar mövcud olmamışdır. Orta əsrlərdə Taun, Vəba kimi xəstəliklərin sürətlə yayılması nəticəsində cəsədləri, insanların yaşadığı ərazilərin kənarında dəfn edilməyə başlanıldı. Xəstəlik təhlükəsindən bəzi cəsədlər yer altı katakombalara yerləşdirilirdi. Katakoba şəklində dəfn adəti qədim zamanlardan olsa da, Paris şəhərində XIX (19-cu) əsrə aid katakombalar vardır. Burada xəstəlikdən ölmüş insanlar dəfn edilmişdir. Bir sıra qəbiristanlıqlar vardır ki, orada məşhur insanların dəfn olunmamsı səbəbindən bütün dünyada məşhurdur. Paris şəhərində yerləşən Per-Laşez qəbiristanlığında 400-dən artıq məşhur şəxs dəfn olunmuşdur. Tanınmış bəstəkar Frederik Şopen və yazıçı-dramaturq Onore de Balzak Per-Laşez qəbiristanlığında dəfn olunmuşdular. +Qəbiristanlıqların Növləri NövXüsusiyyətləriİctimai qəbiristanlıqlarBütün insanlar üçün açıqdır, dövlət və ya bələdiyyə tərəfindən idarə olunur.Xüsusi qəbiristanlıqlarAilə qəbiristanlıqları və ya xüsusi mülkiyyətə məxsus olan yerlər.Dini qəbiristanlıqlarXüsusi dini cəmiyyətlərə məxsus dəfn yerləri.Hərbi qəbiristanlıqlarMüharibə vəzifəsini yerinə yetirənlərin dəfn edildiyi yerlər.Tarixi qəbiristanlıqlarMəşhur şəxslərin basdırıldığı və turistik dəyəri olan məkanlar.
Azərbaycanın Tanınmış Qəbiristanlıqları
Fəxri Xiyaban – Dövlət və ictimai xadimlərin dəfn olunduğu qəbiristanlıq. Şəhidlər Xiyabanı – Azərbaycanın azadlığı uğrunda mübarizə aparmış şəhidlərin məzarları. Qaradağlı və Xocalı Şəhidlərinin məzarlıqları – Ermənistan-Azərbaycan münaqişəsi zamanı həlak olanların dəfn edildiyi yerlər.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Qəbiristanlıqlar Kateqoriya:Dəfn mərasimləri