Əsgər Ələkbər oğlu Ələkbərov () — Azərbaycan Respublikası daxili işlər nazirinin müavini (1994–2014), polis general-leytenantı (2002).
Həyatı Əsgər Ələkbər oğlu Ələkbərov 16 iyul 1954-cü ildə Ermənistan SSR Zəngibasar rayonunun Rəncbər kəndində anadan olmuşdur.
1977-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu, 1988-ci ildə SSRİ Daxili İşlər Nazirliyinin Milis Akademiyasını bitirmişdir. 1988–1992-ci illərdə Naxçıvan Muxtar Respublikasının daxili işlər nazirinin müavini vəzifəsində işləmiş, nazir vəzifəsini müvəqqəti icra etmişdir.
1993–1994-cü illərdə Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin qərargah rəisi, Qaradağ Rayon Polis İdarəsinin rəisi vəzifələrində, 1994–2002-ci illərdə daxili işlər nazirinin müavini — Kadrlar İdarəsinin rəisi vəzifəsində xidmət etmiş, Azərbaycan Respublikası Prezidentinin 18 iyul 2001-ci il tarixli 772 №li Sərəncamı ilə daxili işlər nazirinin müavini vəzifəsinə təyin edilmişdir.
Prezidentin 31 dekabr 1995-ci il tarixli 3178 №li Fərmanı ilə polis general-mayoru, 17 yanvar 2002-ci il tarixli 646 №li Fərmanı ilə isə polis general-leytenantı xüsusi rütbəsi verilmişdir.
Xidmət etdiyi müddətdə cinayətkarlığa qarşı mübarizə işinin təşkilində, dövlətin konstitusiya və dövlət quruluşunun müdafiəsində, əmin-amanlığın təmin edilməsində, habelə kadr hazırlığı sahəsində, beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsində xidmətlərinə görə bir çox mükafatlara layiq görülmüşdür.
Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 1998-ci il tarixli 41 №li Fərmanı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2014-cü il tarixli №li Sərəncamı ilə daxili işlər nazirinin müavini vəzifəsindən azad edilmişdir.
Ailəlidir. 5 övladı var.
İstinadlar
Kateqoriya:Azərbaycan generalları Kateqoriya:Azərbaycan Respublikasının daxili işlər nazirlərinin müavinləri Kateqoriya:Azərbaycanlı generallar