Argentit ( — gümüş) — argirit-mineral. Tərkibi gümüş-sulfid (Ag2S). Sinqoniyası kubikdir. Kristallarında az rast gəlinir. Əsasən, püruz, kiçik damarlar, dendritlər əmələ gətirir. Rəngi qurğuşunu-bozdan dəmiri-qarayadəkdir. Metal parıltılıdır. Sərtliyi 2 - 2,5, xüsusi çəki (Sİ) 7,4. Polimetal yataqlarinda, əsasən qalənitlə birlikdə tapılır. Gümüş filizinin əsas (tərkibinin 87,1%-i) mineraldir. Azərbaycanda əsas yatağı Gümüşlüdür. Mehmana, Filizçay və s. yataqlarda da var.
İstinadlar
Xarici keçidlər Mindat.org Webmineral.org
Kateqoriya:Sulfidlər (minerallar) Kateqoriya:Gümüşün mineralları Kateqoriya:Kubik sinqoniya mineralları Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri