Ues Kreyven (; ) — ABŞ rejissoru, prodüseri, ssenaristi və aktyoru.

Həyatı Ues Kreyven 1932-ci ildə ABŞ-nin Klivlend ştatının Ohayo şəhərində Karolin (ilk soyadı Miller) və Pol KreyveninWes Craven Biography (1939–) at filmreference.com ailəsində anadan olmuşdur. Ailəsi protestant olub. Əvvəllər ingilis ədəbiyyatı üzrə fakültəyə daxil olsa da, uzun sürən xəstəlikdən sonra fakültəni tərk edir. Sonralar psixologiya ilə məşğul olur. 1963-cü ildə psixoloq vəzifəsinə layiq görülür. Nyu-Yorka qayıtdıqdan sonra bir müddət taksi şoferi işləyir. Səs rejissoru işlədikdən sonra 1971-ci ildə rejissor Şon Kanninhem ilə "Birlikdə" filmini çəkir. Beləcə, Ues Kreyven film karyerasının təməlini qoyur. Ues Kreyven "Təpələrin gözləri var" filminə görə mükafata layiq görülür. Film karyerasının ən uğurlu çəkdiyi film isə 1984-cü ildə çəkilən "Qarağac küçəsində qarabasma" filmi olur. Film, o cümlədən, Ues Kreyven tənqidçilər tərəfindən müsbət qarşılanmış və bir çox mükafata layiq görülmüşdür. 1996-cı ildə "Qışqırıq" filmini çəkmişdir. 2015-ci ildə "MTV" kanalında yayımlanan "Qışqırıq" serialında bir müddət prodüserlərdən biri olaraq çalışmışdır. Ues Kreyven 30 avqust 2015-ci il tarixində Kaliforniya ştatının Los Anceles şəhərində yerləşən evində, uzun sürən xəstəlikdən sonra vəfat etmişdir.

Şəxsi həyatı Ues Kreyven Bonni Bröker () ilə ailə həyatı qurduqdan sonra Conatan və Cessika adlı övladları dünyaya gəlir. Təxminən 10 il birlikdə yaşadıqdan sonra ayrılırlar. Bonni Broeker Tom Çapin () ilə ailə həyatı qurmuşdur.Bonnie Broecker Yoxlanılıb: 24 sentyabr 2014 Ardınca Ues Kreyven Mimi Kreyven ilə ailə həyatı qursa da, bir müddət sonra boşanırlar. Ues Kreyven çox keçmədən film prodüserinlərindən biri olan İya Labunka ilə ailə həyatı qurur.

Filmoqrafiya

Rejissor 1972: Soldan axırıncı ev 1977: Təpələrin gözləri var 1981: Ölümcül xeyir-dua 1984: Qarağac küçəsində qarabasma 1985: Təpələrin gözləri var 2 1986: Ölümcül dost 1988: İlan və göy qurşağı 1989: Şoker 1994: Ues Kreyvenin yeni qarabasması 1995: Vampir Bruklində 1996: Qışqırıq 1997: Qışqırıq 2 2000: Qışqırıq 3 2005: Gecə reysi 2006: Paris, mən səni sevirəm 2010: Götür mənim ruhumu 2011: Qışqırıq 4

Ssenarist 1972: Soldan axırıncı ev 1977: Təpələrin gözləri var 1984: Qarağac küçəsində qarabasma 1985: Təpələrin gözləri var 2 1987: Qarağac küçəsində qarabasma 3: Yuxu döyüşçüləri 1988–1990: Freddinin qarabasmaları 1989: Şoker 1992: Qarabasma kafesi 1994: Ues Kreyvenin yeni qarabasması 2000: Drakula 2000 2006: Təpələrin gözləri var 2006: Paris, mən səni sevirəm 2007: Təpələrin gözləri var 2 2011: Qışqırıq 4

Rol aldığı filmlər 1989: Şoker 1994: Ues Kreyvenin yeni qarabasması 2006: Paris, mən səni sevirəm

İstinadlar

Xarici keçidlər

Wes Craven interview

Kateqoriya:Cons Hopkins Universitetinin məzunları Kateqoriya:ABŞ ateistləri Kateqoriya:ABŞ kinooperatorları Kateqoriya:ABŞ ssenaristləri Kateqoriya:ABŞ kinoprodüserləri Kateqoriya:ABŞ kinorejissorları Kateqoriya:ABŞ aktyorları Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:XX əsrin ABŞ romançıları